İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Hindlilərin İrəvana kütləvi axınının ŞOK SƏBƏBİ üzə çıxdı – VİDEO

2994 12.03.2024 11:44 Gündəm A A

Ermənistanın Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan “ATAGS” alacağı barədə məlumat vermişdik.

Müharibəyə hazırlığını ört-basdır etməyə çalışan Ermənistan bu dəfə Hindistan silahlarına yox, Hindistanın ən kasıb məhəllələrindən baş götürüb İrəvana qaçan hindlilərin xidmətindən yararlanmaq niyyətindədir. Bu axına isə ad da tapıblar – işsiz insanların məşğulluğunu təmin etmək.

Bu yolda İrəvan və Dehli Ermənistanda əmək miqrasiyasına nəzarət mexanizmləri yaradacaq.

EMEK .png (580 KB)

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Sosial Əmək Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu ehtiyac hindlilərin məşğulluq məqsədi ilə Ermənistana böyük axını fonunda yaranıb.

Hazırda tərəflər əmək və məşğulluq sahəsində birgə memorandumun bağlanması imkanlarını müzakirə edirlər. Gündəliyə Ermənistanda mövcud vakansiyaların siyahısının yer aldığı platformanın yaradılması da daxildir.

Erməni mənbələrinin məlumatına əsasən, hindistanlılar Ermənistana əsasən yoxsul əyalətlərdən gəlir və burada tikinti və xidmət sahələrində çalışırlar.

Məlumata görə, öz ölkəsində ayda 25-100 dollar qazanan hindistanlı bir miqrant İrəvanda tikinti sahəsində bir iş günü üçün 10 min dram (təxminən 25 dollar) və ya ayda 250 min dram (təxminən 625 dollar) qazanır.

“Mənzil kirayəsinin hədsiz yüksək qiymətini nəzərə alsaq, bu qazanc həmişə kifayət etmir”, - məlumatda deyilir.

Bu yerdə pafos püskürür: “Onlar ağır şəraitdə yaşayırlar, amma Ermənistanın öz vətənlərindən daha yaxşı olduğuna inanırlar”.

Erməni mediasında gedən məlumata əsasən, 2023-cü ilin noyabr statistikasına görə, Hindistandan Ermənistana 60 mindən çox insan gəlib. 

Erməni ekspertlər hesab edir ki, Yeni Dehli ilə İrəvan arasında birbaşa aviareys açılsa, Hindistandan Ermənistana gələnlərin sayı kəskin artacaq. Bu məsələyə isə elə də isti baxmayan ermənilərin sayı kifayət qədər çoxdur. 

İrəvana doğru hücuma keçən hindistanlılar öz qonaqlarına kofe təklif edərək ermənilərin könlünə yol tapmağa çalışırlar. Ermənilərin yaxşı insanlar olduğunu deyirlər, qısa müddətdə Ermənistan iqliminə sevgiləri də yaranıb, bir sözlə, İrəvana böyük ümidlə pənah gətiriblər. Qərbin əlindən qidalanan Paşinyan bir zamanalar ermənilərə söz verdiyi kimi, deyəsən, bu dəfə də hindistanlılara söz vermək niyyətindədir – “əmin olun ki, sizi yaxşı yaşadacam” misalı. Lakin Paşinyan deyəsən unudub ki, öz xalqı belə onun getməsi üçün dəfələrlə ayağa qalxıb, meydanlarda yerlə sürünüb. Bir sözlə, bir gün çörək verdiyi hindistanlılar da Nikola daş ata bilər.

nikol.jpg (100 KB)

Paşinyanın yoxsul hindistanlılara dəstəyinin ilginc məqamı üzə çıxıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, hindistanlıların İrəvana pənahı o pənahdan deyil. Belə ki, onlar çox az pul müqabilində orduya cəlb edilirlər. Ac-yalavac hindistanlı bir qarın yeməyə görə Ermənistan ordusunu “gücləndirməyə” razılaşıb. Birləşib Azərbaycana qarşı müharibəyə hazırlaşırlar.

Bu yaxınlarda sosial şəbəkədə bir video çıxdı qarşıma. Hindistan əsgərləri oynaya-oynaya təlim keçirdi. Onların təliminə baxanada belə, insanı gülmək tutur. Hərb sənəti isə ciddiliyi sevir və bunu ruhunda daşıyır. Rəqslə təlim keçən bir ordunun künc-bucaqda qalan, başın götürüb İrəvana qaçan nümayəndələri Ermənistan ordusunamı dəstək olacaq? Qarabağda döyüşən muzdluları darmadağın etdiyimiz kimi, onları da məhv edib, göyə uçurarıq. Yəqin, ac-yalavac hindistanlı Dəmir Yumruğun əks-sədasından xəbərsizdir, fil qulağında yatıb. Əks halda erməniyə dəstək olub Azərbaycan Ordusunun qarşısına çıxmağa cürət belə tapa bilməz. Zaman, QƏLƏBƏ bizə işləyir!

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR