İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ermənilər Qazaxın kəndlərində HAZIRLIQLARA BAŞLADI – “Kəndləri VERMİRİK!” – detallar CANLIda

1502 08.04.2024 11:38 Gündəm A A

“Nikol Paşinyanın səfərindən sonra kəndlərin təhvil verilməsi ilə bağlı səsləndirdiyi fikirlər sakinlərin sərt reaksiyasına səbəb olub”.

Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib. Saqatelyan aprelin 6-da digər deputatlarla birlikdə kəndlərin tərkibində olduğu Tavuş bölgəsinə səfər etdiyini və sakinlərin hakimiyyətin bu qərarına qarşı birləşdiyini qeyd edib: “Səfər zamanı şahidi olduq ki, əhali hökumətin təklif etdiyi güzəşt fikirlərinə qarşıdır. Bunu qəbul etmir, kəndlərin təhvil verilməsini istəmirlər. Onlar belə bir addımın nəticəsinin yaxşı olmayacağını düşünürlər. Dirənməyə qərar veriblər, artıq hazırlıq görürlər. Bu, onlar üçün də, bizim üçün də milli məsələdir.

Deputatlarla Milli Məclisdə bu məsələ ilə bağlı təxirəsalınmaz iclaslar və dinləmələr keçirməyi qərarlaşdırmışıq. Beynəlxalq səviyyədə hərəkətə keçməliyik”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR