İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 2 ildə Rusiyada 132 nəfər saxta xəbərə görə mühakimə edilib

224 19.04.2024 12:40 Dünya A A

2022-ci ilin martından Rusiyada RF Silahlı Qüvvələri haqqında yalan məlumat yaymağa və Rusiya ordusunu nüfuzdan salmağa görə 132 nəfər məhkum edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məhkəmə statistikasına istinadən məlumat yayıb. Bu müddət ərzində 42 nəfərə faktiki cəza təyin edilib: 32 nəfər ordu haqqında saxtakarlığa görə, 10 nəfərə isə ordunu nüfuzdan salmağa görə.

Bundan başqa, iki il ərzində 44 nəfər cərimələnib, daha 16 nəfər isə məcburi əməyə cəlb edilib.

2022-ci ildə Rusiya məhkəmələri ordunun gözdən salınmasına dair 5442 inzibati xəta işinə baxıb və ümumilikdə 151 milyon rubl məbləğində 4439 cərimə tətbiq edib. 2023-cü ildə bu maddə üzrə 3053 işə baxılıb, ona görə 76,5 milyon rubl məbləğində 2353 cərimə tətbiq edilib. Daha 17 nəfər inzibati qaydada həbs edilib.

Ordu haqqında yalan məlumatların ictimaiyyətə yayılmasına və RF Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə görə məsuliyyətlə bağlı maddələr Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra, 2022-ci ilin martında Cinayət Məcəlləsinə daxil edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə nüfuzdan salma ilə bağlı maddə əlavə edilib. 2024-cü ilin fevralında Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyinə qarşı cinayətlərə, o cümlədən Rusiya ordusu haqqında saxta məlumatların yayılmasına görə əmlakın müsadirəsi haqqında qanun imzalayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR