İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts TƏSDİQLƏDİ - Almaniya bu raketləri Ukraynaya VERMƏYƏCƏK

726 28.03.2024 13:34 Dünya A A

Almaniya kansleri Olaf Şolts Kiyevə uzaqmənzilli “Taurus” raketləri verməkdən, eləcə də alman hərbçilərini Ukraynaya göndərməkdən imtina etdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Markische Allgemeine Zeitung” qəzeti yazıb:

"Ukraynaya güclü dəstəyimizdən başqa, mənim üçün bir şey önəmli olaraq qalır: biz Rusiya ilə NATO arasında müharibənin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik".

Şolts əlavə edib ki, Almaniya Ukraynaya hərbi personal göndərməyəcək. Bundan əlavə, o qeyd edib ki, hər bir silah tədarükü ilə Berlin bunun nə demək olduğunu diqqətlə qiymətləndirir. Kanslerin sözlərinə görə, Almaniya Kiyevə Avropanın digər ölkələrindən daha çox kömək edir.

Qeyd edək ki, Şolts əvvəllər dəfələrlə “Taurus”un Ukraynaya göndərilməsi ehtimalını rədd edib. Onun sözlərinə görə, bu cür raketlərdən səmərəli istifadə etmək üçün alman qoşunlarının iştirakı lazımdır və onun keçmək istəmədiyi xətt də məhz budur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR