İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya açıqladı: Suriyada atəşkəs 18 dəfə pozuldu

558 19.01.2017 22:06 Siyasət A A

Rus və türk əsgərlər son 24 saatda Suriyada 18 dəfə atəşkəs pozuntusu qeydə alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rus hərbçilərin 5 dəfə Latakiyada və 1 dəfə isə Həma şəhərində olmaqla toplam 6 dəfə atəşkəsin pozulması halını qeydə aldıqları bildirilib.

Türk əsgərlərin isə Dəməşqlə Hələbin hər birində 4, Həmada 3 və İdlibdə isə 1 dəfə olmaqla toplam 12 atəşkəs pozuntusu ilə qarşılaşdıqları vurğulanıb.

Bundan əlavə, daha bir məhəllənin atəşkəsə qoşulduğu qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR