İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan separatçı rejimin başçısına sərt cavab

5592 23.07.2016 09:30 Siyasət A A
Xəbər verildiyi kimi, Rusiyanın lenta.ru saytında Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla müsahibə dərc edilib. Rusiyadakı səfirliyimiz bununla əlaqədar Rusiyanın “KİV haqqında” Qanununun 46-cı maddəsini (“Cavab hüququ”) rəhbər tutaraq lenta.ru-nun redaksiyasına müraciət edərək səfirliyin mövqeyinin dərc olunmasını xahiş edib. 

Lakin redaksiyadan qanunsuz şəkildə səfirliyin mövqeyinin işıqlandırılmayacağı bildirilib. Yaranmış vəziyyəti nəzərə alaraq səfirlik qeyd olunan müsahibə ilə bağlı şərhinin dərc olunmasını vacib sayır. Məlumatda son aylar Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin aktivləşdiyi qeyd olunur: “Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində münaqişənin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır. Həmsədr ölkələr (Rusiya, ABŞ, Fransa) də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma ”DQR"i tanımır və danışıqlar prosesində irəliləyişə nail olmağa çağırırlar. Bu şəraitdə hər bir ehtiyatsız fikrin onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B. Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir? 

Ən əsası, həmin böhtan xarakterli iddialar Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirə bilər. Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi çərçivəsində erməni və azərbaycanlı icmalarının təhlükəsiz yanaşı yaşamalarını təmin edə biləcək və geniş muxtariyyət hüquqlarına malik müəyyən rejim formalaşdırılmalıdır. Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymaq, onun ərazilərində ikinci erməni dövləti yaratmaq və ya torpaqlarımızın bir hissəsini ilhaq etmək cəhdləri iflasa məhkumdur. Azərbaycan xalqı heç vaxt belə cəhdlərlə razılaşmayacaq. Rusiya mətbuatında bu tip müsahibələrin dərc olunması tez bir zamanda həll edilməsi tələb olunan münaqişənin nizamlanmasında vasitəçilik işində Rusiyanın müstəsna rolunun reallaşdırılmasına süni maneələr yaratmaq məqsədi güdür".

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR