İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dan şok qərar: hakimlərimiz geri göndərildi

7753 17.06.2015 08:55 Siyasət A A

Məlumata görə, irəli sürülən namizədlər - Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova Avropa Şurası İnsan Haqları Məhkəməsi üçün uyğun namizəd hesab olunmayıblar.  Məhkəmə-Hüquq Şurası Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə sentyabrın 26-da start verib. Oktyabrın 15-də namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Hazırda Məhkəmə-Hüquq Şurası namizədlərin sayını və kimliyini dəqiqləşdirir.

1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir. Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayının 31-da başa çatır. 

Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsində 2003-cü ildən çalışır. 2008-ci ildə o, yenidən bu vəzifəyə seçilib. 


Avropa Konvensiyasına və Avropa Məhkəməsinin yeni qaydalarına əsasən, hakim yalnız bir dəfə 9 illiyə seçilə bilər. Avropa Məhkəməsi ənənələrini davam etdirmək və tərkibin birdən-birə tamamilə dəyişməsinin yarada biləcəyi problemləri önləmək üçün əvvəllər seçilmiş hakimlərin səlahiyyət müddəti, o cümlədən X.Hacıyevin səlahiyyətləri iki il uzadılmışdı.  Avropa Məhkəməsinin hakimi kimi səlahiyyət müddətim 2015-ci ilin oktyabr ayının 31-də başa çatır və o, yenidən namizəd ola bilməz. 

1956-cı ildə Gəncədə anadan olan, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, hüquq elmləri doktoru Xanlar Hacıyev 1988-1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi, 1990-92-ci illərdə Azərbaycan Ali Məhkəməsinin hakimi, 1992-1993-cü illərdə Azərbaycan Ali Məhkəməsi sədrinin birinci müavini, 1993-1998-ci illərdə Ali Məhkəmənin sədri, 1998-2003-cü illərdə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. 


AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat  Fazil Mustafa “qafqazinfo” ya bildirib ki, adları çəkilən hər üç şəxs layiqli namizədlərdir: “Sadəcə, seçim məsələsində nəzərdə tutulan əsas meyarlar hakimlərin hökumətin tabeliyində işləyib-işləməməsi, icra strukturları tərəfindən nə dərəcədə dəstəklənməsi ilə bağlıdır. Əgər hakim hakimiyyətə yaxındırsa, bu, Avropa Məhkəməsi üçün məqbul sayılmır. Onlar daha müstəqil namizədlərə önəm verirlər. O baxımdan da AŞ PA bizim namizədlərin siyahısını geri çevirib. Qeyd edim ki, Çingiz Əsgərov neçə illərdir ki, bu sahədə çalışır. İndi onun namizədliyi AŞ PA-da qəbul edilməyibsə, burada hər hansı məqsədyönlü addımlar da ola biləcəyini istisna etmirəm”.

Onun sözlərinə görə, eyni meyarlar Ermənistanla bağlı tətbiq edilmir: “Siyahıdan keçən namizədlər tamam başqa kontekstlərdə seçilir. Həmin şəxs də Avropa Məhkəməsinə müraciət edən şəxslərin vəkili olub. Amma ona irad bildirilmir, çünki o, hakim olanda özünün tərtib etdiyi işlərə baxıb”.

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR