İnsanlara hürriyət, millətlərə istiqlal!

YEVLAX VƏ AĞSU CAMAATI DA AYAĞA QALXDI

8854 22.12.2011 09:35 Siyasət A A
Bu barədə redaksiyamıza daxil olan xəbərə görə, kənddəki orta məktəbə elektrik enerjisi verilmir. Məktəb müəllimləri və kənd camaatı elektrik enerjisinin kəsilməsindən, məktəblilərin soyuq otaqlarda dərs keçməsindən bezərək aksiya keçiriblər. Ən dəhşətlisi isə odur ki, elektrik enerjisinin bərpası üçün kəndlilərdən pul tələb olunub. Yerli bələdiyyənin sədri Allahverdi Allahverdiyev bu məqsədlə 60 manat istəyib. O, müəllimlərə bildirib ki, həmin pulu şagirdlərdən yığsınlar, yalnız bundan sonra məktəbə gələn kabel dəyişdiriləcək. Kənd sakinləri isə bundan qəzəblənərək rayon mərkəzinə şikayətə gediblər.
Ağsu camaatı isə rayonun icra başçısı Ənvər Seyidəliyevdən bezib. Rayonun Qaravəlli kənd sakinləri sosial problemlərin həll olunmamasına etiraz olaraq aksiyalara hazırlaşır. Mərkəzdən cəmi 18 kilometr aralıda yerləşsə də, bu kənd faktiki olaraq təcrid olunub. XXI əsrdə Qaravəlli camaatı hələ də məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq və poçt xidməti üzünə həsrət qalıb.
Sakinlər deyirlər ki, sosial-iqtisadi vəziyyətin ağırlığı Qaravəlli camaatının kütləvi şəkildə kəndi tərk etməsinə gətirib çıxarıb. Yerdə qalanların sayı cəmi 61 ailədir. Əsas problemlər sırasında isə yanacaq məsələsi dayanır. Sonuncu dəfə 1993-cü ildə qaz verilən kəndin sakinləri bu gün də odun sobası ümidinə qalıb. Elə bunun nəticəsidir ki, kəndin yaxınlığında yerləşən meşələrdə ağac belə qalmayıb. Qış boyu isinmək üçün odun almalı olan qaravəllilər hər maşın üçün 200-250 manat xərcləyir. Amma bu heç də hamıya nəsib olmur. Çünki imkanı olmayanların sayı həddən artıq çoxdur.
Ağsu əhlinin içməli suya olan tələbatı da bərbad haldadır. Su təchizatının yarıtmaz halda olması insanları kənardan su almağa məcbur edir ki, bir maşın içməli suyun da qiyməti 20-25 manatdır. Halbuki Ənvər Seyidəliyev dəfələrlə yuxarı dairələrə hesabat göndərərək iddia edib ki, rəhbəri olduğu rayonda içməli su problemi yoxdur. Ağsu sakinləri deyir ki, rayon icra başçısının yaxın qohumlarının əlindədir. İcra başçısının özü isə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğmaca qardaşıdır. Səlim Müslümovun bibisinin əri isə Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun bir başqa qardaşıdır.
Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə isə, o, rayon polis şöbəsinin rəis müavini işləyir. Dözülməz vəziyyətdə yaşayan ağsulular ayağa qalxacaqlarını deyir. Onlar Masallıda olduğu kimi aclıq aksiyasına başlayacaqlarını istisna etmirlər. Tia.az saytı isə xəbər yayıb ki, əhali rayon icra hakimiyyətinin binası qarşısına toplaşaraq etiraz aksiyası təşkil edəcək.
Yada salaq ki, Qaravəlli kənd camaatı bir müddət öncə də aksiya keçirmişdi. Həmin kənddən hazırladığımız reportajda qeyd olunan problemlər hələ də həllini tapmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR