RƏHİM QAZIYEV PƏNAH HÜSEYNƏ MƏKTUBLA CAVAB VERDİ

““Yeni Müsavat”ın 9 iyun 2009-cu il tarixli sayındakı debat yazısında Pənah Hüseyn qeyd edir: “Milli Təhlükəsizlik Nazirliyi Rəhim Qazıyevlə Rusiyanın müdafiə naziri Pavel Qraçovun gizli telefon danışığını yazmışdı. Qraçov Rəhim Qazıyevə deyir ki, Surət getdi, Baba dayı getdi. (Qraçov Baba Nəzərliyə Baba dayı deyirmiş, Allah Pənahın şərindən bu milləti saxla. Amin!) indi növbə sənə çatıb. Heç bir halda kənara çəkilmək olmaz. Rəhim Qazıyev deyir ki, siz mənə kömək edin, mən özüm bunların öhdəsindən gələcəyəm. Bu dövlətə xəyanətdir ya yox?”
R.Qazıyev məktubunda bildirir ki, P.Hüseynin bu fikirləri uydurmadır:
“Heç şübhəsiz Pənah Hüseynin uydurduğu mənimlə Qraçovun arasında olmayan psevdo telefon danışığı həqiqətdə baş versəydi, ona xəyanətdən qeyri bir ad vermək olmazdı. Məcburam dəfələrlə mətbuatda səslənən bu böhtana bir daha konkret faktla cavab verim.
Pənah Hüseynin iddia etdiyi telefon danışığı barədə ilk dəfə məlumat 17 fevral 1993-cü il tarixində Milli Məclisin qapalı keçirilən iclasında səslənib. Deməli, Pənah Hüseynin iddia etdiyi telefon danışığı ən azı qeyd etdiyim tarixdən öncə baş verib. Yəni ən azı 16 fevral və ya ondan əvvəl. Həmin tarixlərdə isə heç bir istefadan söhbət belə gedə bilməz".
R.Qazıyev bildirir ki, müdafiə naziri olduğu dövrdə dəfələrlə Pavel Qraçovla telefonla danışıb: “Bu danışıqlarda heç vaxt nə Surətin, nə də ki, Baba Nəzərlinin barəsində söhbət gedib. Ən azı ona görə ki, həmin vaxt Qraçov nə Surəti, nə də ki, Baba Nəzərlini tanıyırdı, o ki qaldı Qraçov Baba Nəzərliyə Baba dayı deyəydi! Pənah Hüseynin iddiasından, istəyindən asılı olmayaraq, ən azı mənim, Baba Nəzərlinin və Surət Hüseynovun istefa verdiyi konkret tarixlər var. Mən 17.02.1993-cü ildə istefa vermişəm, həmin istefa Elçibəyin fərmanı ilə 20.02.1993-cü ildə qüvvəyə minib. Həmin tarixə kimi nə Baba Nəzərli, nə də ki, Surət Hüseynovun istefasından (korpus rəhbəri vəzifəsindən) söhbət belə gedə bilər”.
R.Qazıyev qəti şəkildə bildirir ki, P.Hüseynin xəyanət adlandırdığı həmin telefon danışığı onunla o vaxt Gəncədə yerləşən 104-cü desant diviziyasının komandanı general-mayor Şerbakla olub: “Mən 05.02.1993-cü il tarixində Ağdərədə vəziyyət gərginləşdiyindən ön cəbhə xəttinə getmişdim. 08.02.1993-cü il tarixində Pənah Hüseynin gizli adlandırdığı-Şerbakla aramda olan telefon danışığının mətnini olduğu kimi diqqətimizə çatdırıram.
Mən general Şerbaka dedim: “Şerbak doroqoy! Ya proşu tebe pomoqi mne. U mene nexvatka boevoy texniki i boepripasov”. Cavabında o dedi: “Raqim Qasanoviç, tı xoçeş spasti polojenie, a vaşe rukovodstvo xoçet tebe uniçtojit”. Mən dedim: “Şerbak ya proşu pomoqi mne silami i sredstvami, mı podprovim polojenie v Aqdare, a so svoimi ya sam razberus”.
Göründüyü kimi, mən Pənahın qərəzlə uydurduğu, olmayan telefon danışığında köməyi Qraçovdan yox, Şerbakdan, o dövrkü hakimiyyəti devirmək üçün yox, Ağdərə döyüş bölgəsində yaranmış gərgin vəziyyəti aradan qaldırıb, mövqelərimizi möhkəmləndirmək üçün istəmişəm. Əgər Pənahın iddia etdiyi telefon danışığı həqiqətdə mövcuddursa, çıxartsın ortaya, mən də cəmiyyət qarşısında ondan üzr istəyim və qərəzli ittihamları qəbul edim".
Qeyd: Növbəti sayımızda Pənah Hüseynin bu məsələyə dair arayışını, bir mühüm sənədi və redaksiyanın bir düzəlişini dərc edəcəyik.