İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Abbasov üçün xüsusi əhəməyyət daşıyan tarix

3973 04.08.2013 15:25 Siyasət A A
Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri, vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 
A.Abbasov 2006-cı ildə öz ərizəsinə əsasən Baş nazirinin birinci müavini vəzifəsindən azad edilib. Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə Abbas Aydın oğlu Abbasov “İstiqlal” ordeni ilə təltif edilib.

İstefaya çıxandan sonra A.Abbasov Azərbaycanı tərk edərək Rusiyaya köçüb. O, burada əvvəlcə yaxın dostu, "AST Şirkətlər Qrupu"nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə  başlayıb, bu şirkətin vitse-prezidenti təyin olunub. A.Abbasov eyni zamanda Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir.

Yeri gəlmişkən, sərbəst güləş üzrə idman ustası olan A.Abbasov 15 il Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib. 
Ailəlidir, 3 övladı var. Oğlu Aydın Abbasov Milli Məclisin Gəncə şəhərindən seçilmiş deputatıdır.

Abbas Abbasov bu ilin iyul ayında Rusiya Xalqları Assambleyasının 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib. 

Müşahidələr göstərir ki, Abbas Abbasovun Rusiyadakı diaspor təşkilatlarında fəliyyətini gücləndirəndən sonra Azərbaycanda ona qarşı münasibət dəyişib. Son vaxtlar bəzi siayəstçilər, mətbu orqanlar tərəfindən adı ətrafinda müxtəlif fikirlə səsləndirilir. Bu məlumatlarda əsasən onun Azərbaycan iqtidarı ilə münasibətinin pisləşdiyi qeyd olunur.

A.Abbasov bütün deyilənləri təkzib edib. 

“Barəmdə deyilənlər ağ yalandır və həmin fikirlərin müəlliflərinə tövsiyə edirəm ki, rəhmətlik Mircəlal Paşayevin “Səviyyə” əsərini oxusunlar. Bu insanlar anlamırlar ki, öz məsuliyyəstiz hərəkətləri ilə millətlərarası münasibətlərə xələl gətirirlər. Bunlar çox ciddi məsələlərdir və yalnız aidiyyatı olan orqanlar tərəfinldən müzakirə obyekti ola bilər. Mən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasinin sədri kimi gücümü, biliyimi, bu gündən sonra da Azərbaycan xalqına, dövlətinə və Rusiya - Azərabaycan xalqlararası münasibətlərin inkişafına və möhkəmlənməsinə sərf edəcəyəm”- deyə Abbas Abbasov bir müddət öncə bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR