İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Superkubokunda görünməmiş hadisə: Azarkeş futbolçunu qamçıladı - FOTO/VİDEO

951 12.04.2024 14:23 İdman A A

Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal” və “Əl-İttihad” komandaları arasında baş tutan qarşılaşmadan sonra görünməmiş insident yaşanıb.

“Əl-Hilal”ın “Əl-İttihad”a 4:1 hesabı ilə qalib gəldiyi oyunun sonunda tribunada qəribə hadisə baş verib.

Qarşılaşmadan sonra “Əl-İttihad”ın futbolçusu Abderrazzah Hamdallah azarkeşlərdən birinin üzərinə su atıb və azarkeş də əlində olan qamçı ilə Hamdallahı vurmağa başlayıb. Buna çox əsəbiləşən Hamdallah təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Qeyd edək ki, ötən gün “Kral Abdullah Sports City Stadium”da keçirilən matçda 4:1 hesabı ilə qalib gələn “Əl-Hilal” ardıcıl 34-cü qələbəsini qazanıb və 4-cü dəfə kuboku əldə edib. Bununla da Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə dünya rekordunu yeniləyib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR