İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərəfsizliyi üstün tutub Bakı həbsxanalarına düşdülər...” - Xanumyan

6362 31.10.2023 16:27 Qarabağ xəbərləri A A

Qarabağda qondarma qurumun “keçmiş naziri” Ayk Xanumyan separatçıların həbs olunan rəhbərlərinə qarşı ağır ifadələr işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xanumyan yerli mətbuata müsahibəsində Samvel Babayanı tərifləməyi unutmayıb.

Onun sözlərinə görə, separatçılar 21 sentyabrdan öncə ağır vəziyyətdən qurtulmaq üçün hakimiyyəti Samvel Babayana təhvil verməli imişlər.

“Amma insanlar “hakimiyyəti” məsuliyyətə hazır olan bu adama verməkdənsə, həm malını, həm də namusunu itirərək, Bakı həbsxanalarına düşməyə üstünlük verdilər”, - deyə Ayk Xanumyan bildirib.

Erməni mediası isə son antiterror tədbirlərindən öncə “Bakı ilə inteqrasiya”nın tərəfdarı olan Samvel Babayanın Qarabağı ilk tərk edənlərdən olduğunu xatırladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR