İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! "İşgəncə batalyonu iş başındadır" - DƏHŞƏTLİ FAKTLAR

3727 22.04.2024 12:44 Dünya A A

"Netzah Yehuda" İsrail Müdafiə Qüvvələrinin (IDF) bir hissəsi olan bir batalyondur. Bununla belə, digər İDF bölmələrindən fərqli olaraq, bu batalyon, əsasən, ultra-pravoslav yəhudi gənclərindən ibarətdir. Bu gənclər dini və ya başqa şəxsi səbəblərə görə İsraildəki digər hərbi hissələrdə xidmət etməkdən azaddırlar. Buna görə də, "Netzah Yehuda", ümumiyyətlə, dini inanclarına və mədəni dəyərlərinə böyük əhəmiyyət verən üzvlərdən ibarətdir.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu batalyon 1999-cu ildə ultra-pravoslav yəhudi əsgərləri üçün xüsusi bölmə kimi yaradılıb. İsrail ordusunun qadın və kişi qarışıq olan digər bölmələrindən fərqli olaraq, onun üzvlərinin hamısı kişidir. İşçilərə dualar və ibadətlər üçün əlavə vaxt verilir. Bölmə radikal sağçıların və ordunun digər birliklərinə qəbul edilməyən qeyri-qanuni məskunlaşanların toplaşma nöqtəsinə çevrilib. Keçmişdən bu günə ifrat sağçıların fəaliyyəti və işgəncələri müzakirə mərkəzində olub.

0x0 (2).jpg (94 KB)

Ultra ortodoks Haredi yəhudilərinə istinad edərək ilk adı "Nahel Haredi" olan birlik məcburi hərbi xidmətdən azad edilmiş və qeyri-yəhudiləri qəbul etməyən Haredi yəhudiləri arasından könüllülərdən ibarətdir. Hazırda 30-u əsgər olmaqla 1000-dən çox şəxsi heyət xidmətdədir. "Netzah Yehuda" bazalarında yeməklər yəhudi inancının tələblərinə uyğun hazırlanır və ciddi nəzarət olunur. Gender ayrı-seçkiliyinin müşahidə olunduğu bölmədə bazalara yalnız əsgər və zabitlərin həyat yoldaşları buraxılır. Dini fəaliyyət üçün xüsusi icazəsi olan əsgərləri mülki ravvin müşayiət edir. Əsgərlərin əmrə tabe olmadıqları və komandirlərinin əvəzinə dini liderlərin təklifləri ilə hərəkət etdikləri barədə əvvəllər də iddialar var idi.

Batalyon daha əvvəl 2022-ci ildə 80 yaşlı Fələstin əsilli Amerika vətəndaşı Ömər Əsədin ölümü ilə gündəmə gəlmişdi. İordan çayının qərb sahilində nəzarət-buraxılış məntəqəsində həbs edilən Əsəd soyuq havada əlləri qandallanıb gözləməyə məcbur edilib və bir neçə saat sonra ölü tapılıb. İnsidentdən sonra tağım komandirləri işdən çıxarılsa da, iştirak edən əsgərlərlə bağlı aparılan araşdırma nəticəsiz qalıb. 2023-cü ilin yanvarında batalyon əsas növbətçi məntəqəsi İordan çayının qərb sahilindən Qolan təpələrinə köçürüldü. İsrail mediası o zaman yazmışdı ki, köçmək qərarı batalyonun əsgərlərinin fələstinli mülki şəxslərə qarşı bir neçə zorakılıq hadisəsində iştirak etməsi nəticəsində verilib. Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrini qorumaq üçün oktyabrın 7-dən sonra bu bölgəyə “Yəhuda qoşunları” yeridilməyə başlayıb.

1713633005626.jpg (467 KB)

CNN yazır ki, dünyanın diqqətinin Qəzzadakı hücumlara və İranla artan gərginliyə yönəldiyi bir vaxtda işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı ordunun basqınları və qeyri-qanuni məskunlaşanların hücumları güclənir. İsrail qüvvələrinin Tulkərim şəhəri yaxınlığındakı Nur Şəms bölgəsində uzunmüddətli reydi dünən başa çatıb. Fələstin rəsmiləri 14 fələstinlinin öldürüldüyü basqının qərb sahilində son ayların ən ağır hücumu olduğunu qeyd edib. Digər tərəfdən, "Netzah Yehuda" qeyri-qanuni məskunlaşanların zorakı hərəkətlərinə dəstəyini artırır. Sakinlər deyirlər ki, silahlı mühacirlərin onlara, ailələrinə və evlərinə hücum etmək qorxusu ilə yaşayırlar. 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin ​​Netanyahu Pasxa bayramı münasibətilə dünən dərc olunan mesajda “Həmas tələblərini artırdığı üçün” məhbus mübadiləsi müqaviləsinin imzalana bilməyəcəyini iddia edib və “bir an belə məhbusları xilas etmək missiyasından əl çəkmədiyini” bildirib.

Onu da bildirək ki, ABŞ Dövlət Departamentinin "Netzah Yehuda"ya sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilir. Departamentin məlumatına görə, bu bölmənin əsgərləri İordan çayının Qərb sahilində fələstinli ərəblərin hüquqlarını pozur, - "Axios" mənbələrə istinadən yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR