İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

16391 16.07.2017 17:39 Kriminal A A

3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri ilə bağlı təfərrüatlar üzə çıxıb. Məlum olub ki, 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası imiş.

Musavat.com xəbər verir ki, bu dəhşətli əməlləri törədən Nurəli Səlimov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddələri ilə təqsirləndirilərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İşə qapalı məhkəmə iclasında Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən Nurəli Səlimov 1973-cü ildə Şəki şəhərində anadan olub. Orta təhsilli, evli olan Səlimov fərdi əməklə məşğul olub. O, əvvəllər məhkum olunmayıb.

N.Səlimov ona görə təqsirli bilinib ki, o, aşkar surətdə on dörd yaşına çatmayan uşaqlara qarşı seksual xarakterli hərəkətlər edib. Belə ki, ittihama görə, N.Səlimov ilk olaraq əvvəllər qeyri-rəsmi münasibətdə olduğu və birlikdə yaşadığı Zərifə Quliyevanın (ad və soy ad şərtidir) 1999-cu ildə anadan olmuş qızını zorlayıb.

Qızın 7 yaşı olarkən, yəni təxminən 2006-cı ildən etibarən 2012-ci ilədək olan 6 il müddətində N.Səlimov bir neçə dəfə azyaşlını zorlayıb.

Bu müddət ərzində Oğuz rayonu Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində, Şəki şəhərində kirayə yaşadıqları bir neçə evdə, Qəbələ rayonunda kirayə yaşadıqları evdə heç kimin olmamasından istifadə edərək, öz qeyri-normal seksual tələbatını ödəmək məqsədilə mütəmadi olaraq zor tətbiq etməklə və zor tətbiq edəcəyi ilə hədələyərək azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edib. N.Səlimov təkrarən azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

N.Səlimov qeyri-rəsmi münasibətdə olduğu Z.Quliyevadan ayrıldıqdan sonra zorladığı ögey qızını özü ilə saxlayıb. Sonra yenidən ailə həyatı qurarkən azyaşlı qız da onlarla birgə yaşayıb. Bu müddət ərzində də N.Səlimov ögey qızını zorlamaqda davam edib.

44 yaşlı N.Səlimov Z.Quliyevadan ayrıldıqdan sonra Ramilə Qasımova (ad və soy ad şərtidir) ilə ailə qurub. N.Səlimov yeni ailə həyatı qurduqdan sonra da çirkin əməllərini davam etdirib. O, bu dəfə rəsmi ailə qurduğu R.Qasımovanın iki azyaşlı uşaqlarına qarşı seksual xarakterli hərəkətlər edib.

Rəsmi ittihama görə, N.Səlimov növbəti dəfə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan 2007-ci il təvəllüdlü ögey qızını (Ramilə Qasımovanın birinci nigahdan olan qızı) 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində dəfələrlə zor tətbiq etməklə və zor tətbiq edəcəyi ilə hədələyərək sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə, öz qeyri-normal seksual tələbatını ödəmək məqsədilə ona qarşı seksual xarakterli hərəkətlər edib.

N.Səlimov eyni çirkin əməllərini ögey oğluna qarşı da edib. İttihama görə, Nurəli Səlimov təkrarən onun üçün aşkar surətdə on dörd yaşına çatmayan 2006-cı il təvəllüdlü ögey oğlunu (Ramilə Qasımovanın birinci nigahdan olan oğlunu) 7 yaşı olarkən, yəni təxminən 2013-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində dəfələrlə zor tətbiq etməklə və zor tətbiq edəcəyi ilə hədələyərək sonuncunun köməksiz vəziyyətindən istifadə edib.

Öz qeyri-normal seksual tələbatını ödəmək məqsədilə N.Səlimov uşaqbazlıq və təkrarən seksual xarakterli başqa hərəkətlər də edib. Hər üç azyaşlının N.Səlimov tərəfindən zorlanması ilə bağlı ekspertiza rəyləri var.

Amma N.Səlilov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmır. Onun sözlərinə görə, azyaşlı uşaqlar analarının təzyiqi ilə ona qarşı ifadə veriblər. O, uşaqların heç birini zorlamadığını bildirir.

Bu iş üzrə azyaşlıların və zərərçəkmiş valideynlərin tükürpədən ifadələrini növbəti yazımızda təqdim edəcəyik.

Onu da qeyd edək ki, Nurəli Səlimov həmçinin narkotik istifadəsində də təqsirləndirilib. İttihama görə, N.Səlimov Şəki rayonu, Öryət kəndinin meşə sahəsində yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaq və kollarından yığıb qurudaraq istifadə edib.

O, həbs edilərkən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla əldə etdiyi narkotik vasitənin bir hissəsi kibrit qutusunda üzərindən çıxıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik vasitənin bir hissəsi isə N.Səlimovun yaşadığı Şəki rayonu Öryət kəndində yerləşən evində yataq otağındakı dolabından götürülüb.

Bildirək ki, N.Səlimov Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsili bilinərək 14 il, 234.1-ci maddəsi ilə isə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təyin olunmuş cəzalar qismən toplanaraq onun üzərində qəti olaraq 14 il 6 ay müddətinə аzаdlıqdаn məhrumetmə cəzаsı saxlanılılıb.

Qeyd edək ki, N.Səlimov 21 may 2016-cı ildə həbs edilib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR