İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid ailələri üzvləri və müharibə iştirakçılarına reabilitasiya xidməti göstərilib

510 30.01.2024 11:34 Sosial A A

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib.  

Musavat.com xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmçinin 460 şəxsin 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub:"Son 5 ildə ölkəmizdə müasir reabilitasiya sistemi qurulub, habelə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR