İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhər oyanan kimi əsla BU SƏHVİ ETMƏYİN

1854 29.01.2024 18:45 Səhiyyə A A

Dünyada milyonlarla insan səhər oyanan kimi günə kofe içməklə başlayır.

Musavat.com xəbər verir ki, Türkiyənin məşhur kardioloqu Vecihe Özlem Bozkaya ürək həkimi olaraq qəhvə içmək üçün doğru vaxtı açıqlayıb.

O bildirib ki, səhər oyanan kimi qəhvə içmək məsləhət görülmür:

"Kofe içmək üçün erkən saatları seçməyək. Bu saatlarda kortizol hormonu onsuz da yüksək olur. Kortizol böyrəküstü vəzinin qabıq bölgəsində istehsal olunan, orqanizmin stressə reaksiyasını tənzimləyən bir hormondur. Buna görə də qəhvə kortizol səviyyəsinin azaldığı saatlarda istehlak edilməlidir".

Həkimin fikrincə, erkən oynan insanlar üçün ən doğru vaxt 09.30-11.30 aralığıdır:

"Kofe içmək enerjimizi dəstəkləyir. Erkən oyanan bir fərd üçün bu, səhər saat 09.30-11.30, günorta isə saat 13.00-17.00 civarındadır. Yuxu problemi olan şəxslər isə ən geci saat 18.00-a qədər tərkibində kofein olan içkilərdən imtina etməlidirlər”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR