Yapon milli valyutasının son aylar dollara nəzərən bahalaşması səfirimizin qazancını ABŞ valyutası nominalında artırıb.
Avropa Birliyinə daxil olan Almaniya, Avstriya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, Niderlanddakı diplomatlarımız hər ay 5000 dollar (3700 avro) məbləğində məvacib alır. Avropa Şurası, BMT-nin Cenevrə şəhərində Bölməsi, NATO, YUNESKO kimi qurumlarda Azərbaycanı təmsil edən səfirlərin də maaşı 5000 dollara bərabərdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına göndərilən səfirlərimizin aylıq məvacibi 4000 dollar (2575 funt sterlinq) təşkil edir.
Səfirlərimiz içində ən az maaşı Orta Asiyada işləyən diplomatlarımız alır. Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda işləyən səfirlərimizə hökumətimiz ayda 2800 dollar ödəyir.
Digər ölkələr üzrə səfirlərin maaşı aşağıdakı kimidir:
- İspaniya, Macarıstan, Polşa, Xorvatiya, Yunanıstan - 4865 dollar (3600 avro);
- Bolqarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Türkiyə - 4765 dollar (3525 avro);
- Belarus, Gürcüstan, Moldova, İraq, Vyetnam - 3400 dollar;
Argentina, Hindistan, İndoneziya, İordaniya, İran, Küveyt, Qətər, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Ukrayna -3500 dollar; - Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Afrika Respublikası, Çin - 3700 dollar.
Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusların başçılarının, eləcə də səfirliyin əməkdaşlarının məvacibləri həmin ölkələrdə mövcud qiymətlər və yerli valyutanın alıcılıq qabiliyyətinə uyğun hesablanır. Orta Asiya ölkələrində fəaliyyət göstərən səfirlərin gəlirlərinin az olması həmin ölkələrdə qiymətlərin ucuz olması ilə izah oluna bilər. Avropa ölkələrində isə qiymət və xidmət tarifləri daha yüksək olduğundan burada səfirlərin (eləcə də səfirliyin işçilərinin) məvacibi daha çoxdur.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları üçün vahid əməkhaqqı sistemi yoxdur. Hər bir ölkənin daxili bazar qiymətlərinə uyğun əməkhaqqı müəyyən edilir. Diplomatik korpusların texniki və cari xərcləri də yerli qiymətlərə əsasən müəyyən edilir. Bu, xaricdə diplomatik korpusların saxlanılması üzrə dünya təcrübəsinə uyğundur.






