İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarıkökün faydaları

3041 15.12.2015 03:37 Yaşam A A

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.
 
Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bundan əlavə, sarıkök mədə-bağırsaq sistemindəkin iltihabla mübarizə aparır. Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər. Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir. Sarıkök qaraciyər üçün də çox xeyirlidir - qaraciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir. Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir. Həmçinin qanı təmizləyir, onun tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilər. 

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır. Artrit zamanı da çox effektli müalicəvi təsir edir. Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR