İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahib Məmmədov cavab haqqından istifadə etdi - Vahid Qaziyə cavab verdi

3055 30.10.2015 10:00 Son xəbər A A
Vaxtilə xalq hərəkatının fəalı olmuş, hazırda QHT sektorunda tanınmış simalar olan Vahid Qazi və Sahib Məmmədovun arasında virtual polemika gedir. Dünən Vahid Qazinin Sahib Məmmədova ünvanladığı yazısını dərc edən Musavat.com bu gün də həm qarşı tərəfin cavab haqqından istifadə etmək hüququnu, həm də mövzunun ictimai-siyasi xarakter daşıdığını nəzərə alaraq, Sahib Məmmədovun Vahid Qaziyə cavabını dərc edir:

***

Vahid Qaziyə cavab

2012-ci ild fevralın 1 də “Yeni Müsavat” qəzetində “Vahid Qazi hücüma məruz qalıb” adlı yazı getdi. Yazıda Vahid Qaziyə istindala bildirilirdi ki, guya “Ziyalılar Forumunun” iclasından çıxıb evə gedəndə ona polislər tərəfindən hücum olub, hədэləyiblər. Bunu oxuyan kimi bir çoxları kimi mən də fikirləşdim ki, Vahid də belə getdi. Prosesi bilənlər bunun Avropda siyasi sığınacaq almaq üçün hazırlıq olduğunu dərhal bildi. Vahid Qazinin heç vaxt hökumətlə problemi olmayıb, əksinə, dövlət büdcəsinin vəsiti ilə Ağdamla bağlı yaxşı bir film də hazırlamışdı. Ona görə bunun yalan olduğunu bilirdik. Təbii ki, o zaman Daxili İşlər Nazirliyi məsələyə diqqət yetirdi və sübut olundu ki, Vahid yalan məlumat yayıb. O vaxt təkzib də verdi, amma artıq əvvəlki məlumat öz işini görmüşdü. Vahid tezliklə İsveçə getdi. Əcəb etdi. Amma sonradan yerini bərkitmək çətin oldu. Sənədləri tam deyildi. Onun köməyinə isə panarmenian.net portalı gəldi. Azərbaycan xalqını Əkrəm Əylislidən də pis aşağılayan yazısını dərc etməklə. Vahid sonradan deyəcək ki, ermənilər təhrif edib-filan. Amma burada təhrif hanı?

O, Azərbaycan mətbuatına yazısında belə cümlə işlədiridi. "Bilmirdik ki, tək Qarabağda “miatsumçular”a deyil, hərbdə marşal Baqramyana, Babacanyana, siyasətdə Mikoyana, dissidentlikdə Paruyr Ayrikyana, hüquq müdafiəsində Əlixanyan-Bonnerə, klassik musiqidə Aram Xaçaturyana, müasir musiqidə Mişel Leqrana, skripkada Samvel Yerbinyana, balabanda Civan Qasparyana, udda Con Bərbəryana, estradada Şarl Aznavura, ədəbiyyatda Vilyam Saroyana, rəssamlıqda Ayvazovskiyə, kinoda Paracanova, aktyorluqda Cigərxanyana, modelçilikdə Kim Qardaşyana, sərvət toplamaqda Kirk Kerkonyana, xeyriyyəçilikdə Cerard Qafesçiyana, konstruksiya sahəsində Atryom Mikoyana, astrofizikada Ambarsumyana, canım sənə desin, dəlləkilikdə Musesə, pinəçilikdə Aşota, şoraba qoymaqda Haykanuşa uduzmuşuq”

Erməni saytı da Vahidin bu cümləsini rus dilində belə verib: “«Мы не знали, что в Карабахе проиграли не только «миацумовцам». Мы проиграли: в войне – маршалу Баграмяну, маршалу Бабаджаняну, в политике – Микояну, в диссидентстве – Паруйру Айрикяну, в правозащитной сфере – Алиханян-Боннэр, в классической музыке – Араму Хачатуряну, в современной музыке – Мишелю Леграну, в скрипке – Самвелу Ервиняну, в дудуке – Дживану Гаспаряну, в уде – Джону Берберяну, на эстраде – Шарлю Азнавуру, в литературе – Вильяму Сарояну, в живописи – Айвазовскому, в кино – Параджанову, в актерстве – Джигарханяну, в модельном бизнесе – Ким Кардашьян, в умении зарабатывать – Кирку Керкоряну, в благотворительности – Джерарду Гафесчяну, в конструкторском деле – Артёму Микояну, в астрофизике – Амбарцумяну, в парикмахерском деле – Мовсесу, в мастерской – Ашоту, в умении делать соления – Айкануш”

Burda təhrif hanı?

Mən də ona yazdım ki, “ay Vahid bəy, bu cüməlnə demək istəyirsən ki, ermənilər sivil xalqdır, onlarda belə dahilər və hərb xadimləri yetişib, bizdə isə heç kəs. Əliağa Şıxlinski kimdir? Səməd Mehmandarov kimdir? Üzeyir bəyin nəyi Xaçaturyandan əksikdir?” Buna cavab vermək əvəzinə hay-küy salmağın nə yeri? Sən sığınacaq almaq üçün başqa yol da seçə bilərdin. Amma ən axırıncı yolu seçdin.

Panarmenian.net saytında ermənilər şərəfinə çoxlu təriflər səsləndirilib. Bəs sənin reaksiyan nədir? Mənə yazırsan ki, sən cavab ver onlara. Sonra da mənim təkidimdən sonra iki cümlə yazırsan. Niyə belə ürəksiz? 

Axı məhz bu yazından sonra yerini bərkitdin. Guya burda Əkrəm Əylisli belə yazısına görə təqib olunur, səni də təqib edəcəklər. Afərin. Ordan bura da məni Aqil Abbasla, Rəşad Məcidlə hədələyirsən. 

Bilirəm, bir-iki il Avropada yaşayıb, uşaqlarını yerbəyer edib qayıdacaqsan. Yenə də özündən qəhrəman obrazı yaradacasan.

Mənim bu yazılarımı da çap elə ver İsveç miqrasiya orqanlarına, oturumunu uzatsınlar. Bu da mənim sənə son yardımım olsun.

Sahib Məmmədov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR