İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagird məktəbdə müəllimi BIÇAQLADI - ŞOK GÖRÜNTÜLƏR VİDEO

2005 30.04.2024 16:38 Kriminal A A

Ankarada şagird məktəbə elektron siqaret gətirməsi barədə ailəsinə məlumat verən müəllimi ayağından bıçaqlayıb.

Musavat.com İHA-ya istinadən xəbər verir ki, hadisə anı anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

İddialara görə, 17 yaşlı 4-cü sinif şagirdi R.U aprelin 22-də məktəbə gətirilməsi qadağan edilən elektron siqaretlə tutulub. Müdir müavini Sadettin Dinçər vəziyyəti şagirdin ailəsinə bildirib. Ailəsinin xəbərdar olmasından qəzəblənən şagird aprelin 29-da əlində bıçaqla məktəbin birinci mərtəbəsindəki pilləkənlərdə gizlənib.

O, çıxış qapısına doğru hərəkət edən Dinçərə bıçaq zərbəsi endirib və daha sonra qaçaraq məktəbi tərk edib.

Ayağından xəsarət alan müəllim xəstəxanaya yerləşdirilib. Şagird isə polis tərəfindən saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR