İnsanlara hürriyət, millətlərə istiqlal!

SABİRABADDA BÜDCƏ TƏŞKİLATINDA ÇALIŞANLARI SOYURLAR!

998 13.10.2009 09:40 Ölkə A A
Sabirabad rayonunda da belə bir vəziyyətdir. Rayonda yaşayan bir neçə müəllim “Yeni Müsavat” qəzetinə və bu bölgədən olan deputat Pənah Hüseynə sözügedən məsələ ilə bağlı şikayət edib. Onlar bildirirlər ki, maliyyə yoxlamaları ilə əlaqədar Sabirabadda hər bir müəllimdən 260 manat pul tələb edilir. Müəllimlərə deyilir ki, bu pullar Maliyyə Nazirliyindən gələnləri “hörmət-izzətlə” yola salmaq üçündür.
Rayonda təkcə müəllimlərdən deyil, tibb işçilərindən də pul yığılır. Müəllimlərdən fərqli olaraq onların hər birindən 100 manat istənilir. Həmçinin digər büdcə təşkilatlarında çalışanlardan da analoji məbləğdə ödəniş, xərac tələb olunur.
Bu informasiyalardan dolayı Sabirabad rayonundakı mənbələrimizlə əlaqə saxladıq. Onlar da təsdiqlədilər ki, rayon rəhbərliyi maliyyə işçilərini incik salmamaq üçün büdcə təşkilatlarında çalışanlardan şıdırğı pul yığır. Mənbəmizin bildirdiyinə görə, rayon rəhbərliyi Maliyyə Nazirliyindən gələn yoxlama komissiyasına 3 milyon manat verməlidir! Bu pulları isə rayon rəhbərliyi büdcə təşkilatlarında çalışanlardan toplayır. Bu proseslə əlaqədar ötən həftənin sonundan başlayaraq hər bir büdcə təşkilatında müvafiq iclaslar keçirilir və işçilərə nə qədər pul ödəyəcəkləri bildirilir. Yığımı sürətləndirmək üçün toplantılar bu gün də davam edir.
Məsələ ilə bağlı millət vəkili Pənah Hüseynlə də əlaqə saxladıq. Deputat bildirdi ki, bununla bağlı ona rəsmi şikayətlər daxil olub. Millət vəkili bu şikayətlərin əsasında Maliyyə Nazirliyinin müvafiq idarəsinə müraciət etdiyini dedi: “Oradan mənə söz veriblər ki, məsələni araşdıracaqlar”.
Məsələ ilə bağlı Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Məleykə Həsənova ilə də əlaqə saxlamaq istədik. Lakin telefon zənglərimizə cavab verilmədi.
Mövzunu davam etdirəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR