İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi texnikanı Qarabağdan çıxarmasının “səbəbi”ni açıqladı

6790 31.10.2023 20:40 Qarabağ xəbərləri A A

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyasının başa çatdığına dair məlumat yayıb.

Musavat.com nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda həmçinin sülhməramlı kontingentin sərəncamında olan hərbi texnikanın təmir üçün Rusiyaya göndərildiyi qeyd edilir.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatır” - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Qarabağdan çıxarılaraq Rusiyaya aparılan hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər yayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR