İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus bölmələrində keçid balının aşağı olmasının səbəbi

2592 22.08.2015 09:30 Təhsil A A

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı statistikaya əsasən, 32 min 276 nəfər tələbə adı qazanıb və ayrılan plan yerləri 83.12 faiz dolub. Hazırda isə boş qalmış yerlərə (6555 yer) ixtisas seçimi davam edir.

Qeyd edək ki, ali məktəblərə qəbul balları Azərbaycan bölmələrində rus bölməsinə nisbətən çoxdur. Bu da şagirdlərin gələcəkdə ali məktəblərə daha asanlıqla qəbul ola bilmələri üçün məhz rus bölmələrini seçməyə vadar edir. Maraqlıdır , bu prosesin kökündə nə dayanır?
Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “fizika müəllimliyi” ixtisasına Azərbaycan bölməsində qəbul olan ən minimal bal 425 olduğu halda, rus bölməsində bu 202 baldır. Həmin universitetin “riyaziyyat müəllimliyi”nə Azərbaycan bölməsində 507 bal, rus bölməsində isə 202 bal, “Tarix müəllimliyi”nə 546 bal, rus bölməsində 288 bal, “Coğrafiya müəllimi” ixtisasına 440 bal, rus bölməsində 200 bal, “Sosiologiya” ixtisasında Azərbaycan bölməsində 455 bal, rus bölməsində 212 bal, hüquqşünaslıqda Azərbaycan bölməsində 507 bal, rus bölməsində 256 bal olub.

Bu ballardan da belə nəticə çıxarmaq mümkündür ki, ali məktəblərdə rus bölməsinə qəbul olunmaq, Azərbaycan bölməsinə qəbul olunmaqdan dəfələrlə asandır.


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu həddi abituriyentlərin topladığı balın müəyyənləşdirdiyini dedi: “Rus bölməsində abituriyentin topladığı bal həmin həddi müəyyənləşdirir. Yəni Azərbaycan bölməsinə gedən daha çoxdur. Ona görə də orada bal daha yüksəkdir. Həm də balların rus bölməsində az, Azərbaycan bölməsində çox olmasını abituriyentin topladığı balla müəyyənləşən bir məsələdir. Cədvəllə abituriyentlərin topladığı bal həddi sıra ilə düzülür və baxırsan ki, yuxarı hədd misal üçün 480, aşağı hədd isə 350 baldır. Demək ki, bu həddi abituriyentin topladığı bal müəyyənləşdirir. Mən düşünmürəm ki, bu həddi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müəyyənləşdirir”.

M.Mürşüdlü son vaxtlar rus bölməli məktəblərə də marağın artdığını dedi: “Biz müşahidə edirik ki, rus bölmələrində ibtidai siniflərdə şagirdlərin, siniflərin sayı artıb. Bu düşündürücü haldır. Bunun kökünü müəllimlərimizin iş üslubunda, dərsliklərimizdə görürəm. Düşünürəm ki, müəllim hazırlığına, xüsusən də Azərbaycan bölümündə biz valideynlərlə də, uşaqlarla da söhbətlər edirik. Bu gün məktəb bilik verən bir məkandan çıxaraq uşaqlarımıza sosial vərdişləri aşılayan bir mərkəzə çevrilməlidir. 

Rus bölümündə dediyim o  uşağın sosiallaşması, proqramdan kənara çıxaraq daha geniş bir sahədə biliyə, vərdişə, bacarığa, bütün mədəni davranışlara malik olması keyfiyyətləri rus bölümündə daha üstünlük təşkil edir. Çox maraqlıdır ki, bu gün rus bölmələrində işləyən müəllimlərinin 90 faizi Azərbaycan bölmələrinin müəllimləridir. Müqayisə edəndə görürük ki, müəllim azərbaycanlı olsa da, dediyimiz həmin o keyfiyyətləri çox bacarıqlı bir şəkildə şagirdlərə verə bilir. Bu keyfiyyətləri şagirdlərimiz, valideynlərimiz hiss edir. Buna görə də rus bölmələrinə meyl artır. Ancaq bir problem də var ki, bu gün bizim dövlət idarələrinin bir çoxunda yazı-pozu Azərbaycan dilində olsa da, danışıqlar rus dilində gedir. İstər şirkətlərdə, istər dövlət qurumlarında əməkdaşlar öz aralarında, telefona cavab verərkən belə rus dilində danışırlar. Bu da çox vacib və xoşa gəlməyən hallardan biridir”.

G.MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR