İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rəqəmsal jurnalistika" mövzusunda təlim keçirilir - FOTOLAR

746 23.01.2023 11:50 Media A A

ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Rəqəmsal jurnalistika" mövzusunda iki günlük təlim başlayıb.

Musavat.com xəbər verir ki, təlimin məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsidir. Təlimçi media sahəsi üzrə mütəxəssis Colin Gibsondur.

Bu xüsusda təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bu prosesdə data əsasında əməliyyatların optimallaşdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaq.

Eyni zamanda təlimin məqsədi rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişafı etdirilməsi, rəqəmsal mediada ekosisteminin inkişafına töhfə verilməsidir.

Təlimin mövzuları:

  1. Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyası
  1. Rəqəmsal medianın əsasları və anlayışları
  1. Rəqəmsal mediada SEO
  1. Rəqəmsal mediada reklam
  1. Analitikaya əsaslanna rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsasında əməliyyatlarının optimallaşdırılması
  1. Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi
  1. Ən son multimedia və onlayn məzmun yaratma üsulları
  1. Qabaqcıl texnikalar: 360 dərəcə video, iştirakçı video, immersiv 3D video və hekayələr, canlı video axını və.s.

Qeyd edək ki, təlimlər birinci qrup üçün 23-24 yanvar, ikinci qrup üçün isə 25-26 yanvar 2023-cü il tarixində davam etdiriləcək.

Onu da bildirək ki, təlimin sonunda iştirakçılar sertifkatlarla təltif olunacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR