İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı İran səfirliyinin qarşısında aksiya keçirildi - Səfirliyə tualet fırçası "hədiyyə" edildi FOTOLAR, VİDEO

6907 14.11.2015 18:00 Reportaj A A

Noyabrın 14-də Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi önündə aksiya keçirib.

Musavat.com xəbər verir ki, aksiyada 50-ə yaxın gənc iştirak edib. Onlar "Azərbaycan bir olsun,

mərkəzi Təbriz olsun", "Rus, fars, erməni, bunlar türkün düşməni", "Azərbaycan bir olsun, istəməyən kor olsun" və sair şüarlar səsləndiriblər.

Onların etirazlarına səbəb, 6 noyabr tarixində İranın dövlət kanalı “Kanal 2”-nin “Fitilə” adlı proqramında efirə verilən səhnəcikdir. Səhnəcikdə göstәrilir ki, azərbaycanlı uşaq tualet

fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçası ilə təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu Azərbaycan dilində verilib.

Bunu təhqir olaraq qiymətləndirən azərbaycanlılar veriliş yayımlanandan sonra Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və digər yerlərdə etiraz aksiyaları keçiriblәr. Həmin etirazlarda yaralanan və saxlanılanlar da var.

MGT üzvlərinin Bakıdakı etirazı da bununla bağlıdır. Təşkilat üzvlərinin musavat.com-a verdiyi məlumata görə, Təbrizdə etirazlar davam etdikcə,

onlar da Bakıdakı İran səfirliyi önündə aksiyalara davam edəcəklər: "Bu bizim məlum hadisədən sonrakı 2-ci aksiyamızdır. İrandakı qardaşlarımız etiraza davam etdikcə, biz də davam edəcəyik".

MGT üzvləri səfirliyə qətnamə təqdim etmək istədilər. Lakin mühafizə polisləri bildirdilər ki, səfirlik qətnaməni qəbul

etmir. Onlar da qətnamə kağızını səfirliyin qapısından içəri atdılar.

Etirazçılar səfirliyə xüsusi "hədiyyə" də hazırlamışdılar. Aksiya iştirakçıları özləri ilə məlum səhnəcikdə göstərilən tualet fırçasından gətirmişdilər. Səfirlik onları qəbul etmədiyi üçün fırçanı səfirliyin qarşısına atdılar.

Bundan sonra aksiya iştirakçıları polislərin nəzarəti altında ərazidən uzaqlaşdılar. Etiraz zamanı saxlanılan olmayıb.

Məhəmməd Türkmən
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR