İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rasim Balayev məşhur aktyordur, amma idarəçiliyi bacarmır"

1060 07.03.2024 18:20 Şou-biznes A A

Tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ İdarə Heyətinin katibi Oktay Mir-Qasım Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, rejissor bununla bağlı “Report”un sualını cavablandırıb. O.Mir-Qasım Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını deyib:

“Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır. Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir. O, sadəcə kağızlara qol çəkirdi. Bunu cəsarətlə deyirəm. Çünki mən onunla dostam, filmlərimdə də çəkilib. Uzun illərdir, eyni istiqamətdə çalışırıq. Amma düzünü demək lazımdır".

Qeyd edək ki, AKİ (Azərbaycan Kinematoqrafçılar İttifaqı ) və ARKİ-nin (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının) birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib. AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayev idi. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədova idi.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. İttifaqın sədri Xalq artisti Rasim Balayev seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR