İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ranyerini qəhvə içməyə dəvət edərdim" - Qriqorçuk

997 29.03.2017 12:29 İdman A A

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk işini bəyəndiyi baş məşqçilərin adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis ortabab klublarla yüksək nəticələr göstərən mütəxəssislərin işini daha çox bəyəndiyini vurğulayıb.

O bildirib ki, “Lester”dən istefaya göndərilən Klaudio Ranyeri və "Monako"nın baş məşqçisi Leonardo Jardimlə görüşməyə hazırdır:

“Mən seçim qarşısında olsam, Klauido Ranyeri və Leonardo Jardimi qəhvə içməyə dəvət edərdim. Ranyeri “Lester”ə tarixi ərzində ilk dəfə heç kimin gözləmədiyi çempionluğu yaşatdı. Jardim isə Çempionlar Liqasında İngiltərə nəhəngi “Mançester Siti”ni mübarizədən kənarlaşdırdı”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR