RAMİL USUBOV HAKİMİYYƏT VƏ XALQ ÜÇÜN KİMDİR?
1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 15 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 -05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943-06.06.1953) daxili işlər naziri olub.
Ramil Usubov 1918-ci ildən indiyə qədər Azərbaycanın 27-ci daxili işlər naziridir. Onun rəhbərlik etdiyi strukturun fəaliyyətindən bütün cəmiyyətin razı qalıb-qalmadığını söyləmək çətindir. Bu, rəyini öyrəndiyimiz hüquq müdafiəçiləri və siyasətçilərin fikirlərindən də aydın görünür.
Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli Ramil Usubovu mükəmməl bir polis aparatı qurmuş və bu aparatın daimi işləməsini təmin edən şəxs kimi xarakterizə etdi: “Bu aparat 15 ildir hakimiyyətin sipərinə çevrilib. Hakimiyyət üçün sipərdir. Xalq üçün isə hərbi polis rejimini qoruyub saxlayan şəxslərdən biridir”.
Millət vəkili Pənah Hüseyn bildirdi ki, müxalifət olaraq, hakimiyyətin fərdlərinə, nazirlərinə yox, bütövlükdə mahiyyətinə münasibətləri var: “Biz bu rejimin əleyhinəyik. Eyni münasibət onun ayrı-ayrı nazirlərinə də aiddir. Ona görə də bu münasibətin içində Ramil Usubova özəl münasibət səsləndirməzdim. Onun uzun müddət postunda qalması hakimiyyətin repressiv kursunun əsas icraçılarından biri kimi qiymətləndirilməsi ilə bağlıdır”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirdi ki, 15 il çox böyük müddətdir. Bu müddətdə bir komandada yer almaq peşəkarlıqdan və birinci şəxsə sadiqlikdən xəbər verir: “Peşəkar olmayan adam bu qədər vəzifədə qala bilməz. Bütövlükdə hökumətin fəaliyyəti məni qane etmir. Hökumətin tərkibində Usubov da var”.
ADP sədri Sərdar Cəlaloğlu Ramil Usubovu hazırkı hakimiyyətdən ötrü özünə minlərlə düşmən qazanan şəxs hesab edir: “Ramil Usubov özü bir neçə dəfə çıxışlarında açıq bəyan etdi ki, Heydər Əliyevin hakimiyyətini qoruduğu üçün özünə və nəslinə düşmənlər qazanıb. Pislik etməsə düşməni də olmazdı. 15 il fasiləsiz bir vəzifədə işləyən şəxs istər-istəməz qanunsuzluqlara bulaşmalıdır. Ramil Usubov hakimiyyətin qorunmasında ən çox xidməti olanlardan biridir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı R.Usubovun rəhbərlik etdiyi orqanın əməkdaşlarının zorakılığına dəfələrlə məruz qaldığını xatırlatdı: “Mənə ictimai-siyasi mövqeyimə görə dəfələrlə fiziki xəsarətlər yetirilib. Heydər Əliyevin vəzifəyə təyin etdiyi nazirlərin içərisində ən repressiv idarəçilik metodları ilə işləyəni məhz Ramil Usubovdur. Ramil Usubovun Heydər Əliyev və İlham Əliyev üçün əvəzedilməz kadr olduğu sübut olunub. Hakimiyyəti qorumaq üçün onun ən sərt addım ata bildiyi də dəfələrlə sübuta yetib. Bu hakimiyyətin indiyə qədər yaşamasında onun müstəsna rolu var”.