İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxdunmu, Makron?

756 07.05.2024 17:54 Dünya A A

Medvedevin nüvə hədəsindən dərhal sonra “Fransa nə Rusiya ilə, nə də rus xalqı ilə müharibədə deyil” bəyanatı qorxunun təsdiqi oldu

Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedyevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.

Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.

Rusiyanın nüvə ilə hədələməsi Fransanı qorxuya salıb. Dmitri Mevedyevin hədəsindən bir neçə saat sonra Fransa prezidenti Emmanuel Makron “Bizim Moskvada rejimin dəyişməsinə həvəsimiz yoxdur. Fransa nə Rusiya ilə, nə də rus xalqı ilə müharibədə deyil” bəyanatını verdi.

Ermənilərin yeni qorxusu: “Rusiya gedir, Türkiyə güclənəcək...”

Siyasi şərhçi Əli Orucov hesab edir ki, Makronun dərhal belə bir açıqlama verməsi onun Rusiyadan nə dərəcədə qorxduğunun sübutudur: “Makronun Rusiyadan qorxması birinci dəfə deyil. Hələ 2022-ci ilin aprelində Ukrayna müharibəsi yeni başlayandan Fransa prezidentinin Britaniyadan fərqli olaraq Rusiyaya qarşı mülayim bəyanatlar verdiyi bəllidir. Yəni hələ ilk dövrdən Makron qorxaqlığını, qorxduğunu gizlətmirdi. Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusunun Ukraynada mülki şəxsləri qətlə yetirməsini “soyqırım” adlandırmaqdan imtina etmişdi. O, bunu belə izah etmişdi ki, soyqırımı siyasətçilər deyil, hüquqşünaslar müəyyən edir. Halbu ki, ermənilərin uydurduğu “erməni soyqırımı”nı Makronun özü çıxışlarında tanıdığını bəyan edib, Fransa parlamenti qondarama “erməni soyqırımı”nı tanıyan sənəd qəbul edib. Bu fakt Makronun həm də ikiüzlülüyünü göstərir. Əsasən də Makronun Rusiyadan və konkret olaraq Putindən nə qədər çəkinməsinin, Fransa siyasətini maraqlarının əsiri etməsinin və fransız liderinin öz-özünü ifşasının bariz nümunəsidir”.

Ə.Orucov vurğuladı ki, Türkiyə “soyqırım” məsələsinə qiymət verməyin siyasətçilərin işi olmadığını deyəndə buna əhəmiyyət verməyən Fransa kimi ölkələr “erməni soyqırımı” yalanlarını parlamentlərində Ankaraya təzyiq və ermənilərə dəstək üçün qəbul edirdilər və edirlər. Bu riyakar siyasətin başında dayananlardan biri isə məhz Makrondur: “2019-cu ildə Makron 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü elan etmişdi.

Fransanın öz işinə yarayanda Makron az qala Rusiyaya, rus xalqına qardaş deyir, həvəslə yalançı iddialara “soyqırım” deyir və soyqırım məsələsinin siyasətçilərin işi olmadığı haqda Türkiyənin çağırışı önündə susur, ancaq Rusiyanın qətliamlarına qiymət vermək lazım gələndə qorxusundan ya susur, ya da “Bizim Moskvada rejimin dəyişməsinə həvəsimiz yoxdur, Fransa nə Rusiya ilə, nə də rus xalqı ilə müharibədə deyil. Soyqırımı siyasətçilər deyil, hüquqşünaslar müəyyən edir” deyir.

Ekspert xatırlatdı ki, Makronun Rusiyadan qorxduğunu Ukraynanın prezidenti Vladimir Zelenski də bir neçə də açıq bəyan edib: “Ukrayna Prezidenti Vladimir Zelenski İngiltərənin “The Economist” nəşrinə müsahibəsində Rusiyanın ölkəsinə işğalçı hücumu ilə bağlı sualları cavablandırarkən bildirmişdi ki, Fransa kimi bir sıra ölkələr Rusiyanın qorxusundan Ukraynaya yardım etmirlər.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR