İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qoroskop” qəzeti fəaliyyətini dayandırdı

2844 22.01.2018 16:38 Media A A

Səbuhi Rəhimli: “Metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib”

1999-cu ildən ayda iki dəfə dərc olunan “Qoroskop” qəzeti öz fəaliyyətini dayandırıb. Bu barədə musavat.com-a qəzetin baş redaktoru Səbuhi Rəhimli açıqlama verib.

O, bildirib ki, metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib: “Birinci devalvasiyadan sonra isə fəaliyyətimizdə ciddi problemlər yarandı. Düz 3 ildir ki, gəlirsiz çap olunuruq. 2017-ci ildə isə ən tərəfsiz mətbu orqan olan “Qoroskop”un satışı hətta mətbəəyə olan borcu da bağlamağa imkan verməyib. Bu səbəbdən də yeni ildən fəaliyyətimizi dayandırmışıq”.

Xalidə,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR