İnsanlara hürriyət, millətlərə istiqlal!

Qohum evlilik qadağan olunsun? - Bakı sakinlərindən fərqli CAVABLAR

894 14.03.2024 19:23 Reportaj A A

Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Halbuki tibb sübut edir ki, qohum evlilikləri xəstə, şikəst, əqli gerili uşaqların dünyaya gəlməsində ciddi rol oynayır. Bu baxımdan uzun müddətdir ki, yaxın qohumların evliliyinin qadağan olunması ilə bağlı müzakirələr gedir.

Bu günlərdə isə Prezident Administrasiyasının rəsmisi Rüstəm Qasımov qeyd edib ki, ölkədə əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

Amma cəmiyyətimizdə bu qadağa ilə razılaşmayanlar da var.

Bəs Bakı sakinlərindən kimlər qohum evliliyə qarşıdır, kimlər qarşı deyil? Niyə ölkəmizdə bu cür evliliklər hələ də populyardır?

TV Musavat-ın əməkdaşları bu suallarla paytaxt sakinlərinə müraciət edib, onların rəyini öyrənib. Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR