İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda çevriliş təşkil etmək istəyən iş adamı saxlanılıb

432 22.04.2024 10:58 Dünya A A

Qırğızıstanda “KG Group” tikinti şirkətinin rəhbəri İmamidin Taşov hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com yerli mətbuata istinadla xəbər verir ki, Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2024-cü il aprelin 22-də Çuy vilayətinin Panfilov rayonunun Kaindı kəndində həyata keçirilən təhlükəsizlik tədbirləri nəticəsində respublikasının vətəndaşı İ.Taşov saxlanılıb.

DMTK-dan verilən məlumata görə, Taşov Almatıdan Kara-Balta şəhərinə gedən marşrutla Qazaxıstan və Qırğızıstanın dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılıb.

Bildirilir ki, iş adamı hakimiyyətin ələ keçirilməsi məqsədi ilə etiraz aksiyası təşkil etməkdən ötrü qüvvələri birləşdirmək üçün müvəqqəti qərargah qurmağı planlaşdırıb.

“Əvvəllər Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən Qırğızıstan Respublikasının vətəndaşı, 2 avqust 1983-cü il təvəllüdlü Taşov İmamidin Asamidinoviç hakimiyyəti zorakılıqla ələ keçirməyə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çağırdığına görə dövlətlərarası axtarışa verilmişdi. İ.Taşov axtarışda olarkən hakimiyyəti ələ keçirmək məqsədilə əhalini çaşdırmaqla sosial şəbəkələr vasitəsilə aktiv işə götürmə işləri aparıb”, - deyə idarədən əlavə ediblər.

Hazırda müvafiq istintaq tədbirləri davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR