İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Türkiyəyə yenə “soyqırımı” hücumu

1024 04.04.2025 10:55 Siyasət A A

Avropa Birliyi bir tərəfdən qitənin Rusiya təhlükəsindən qorunmasında Türkiyənin fəal iştirak etməsini istəyir, o biri tərəfdən Avropa Parlamenti Ankaranı hədəf alır

Strasburqda Avropa Parlamentinin plenar iclası çərçivəsində qondarma “erməni soyqırımı”nın 110-cu ildönümünə həsr olunmuş debat keçirib. Bununla bağlı erməni mediası məlumat yayıb.

Burada diqqəti çəkən məqam odur ki, Avropa Birliyi bir tərəfdən qitənin Rusiya təhlükəsindən qorunmasında Türkiyənin fəal iştirak etməsini istəyir, o biri tərəfdən Avropa Parlamenti qondarma “genosidi” gündəmə gətirir.

Deputat Sona Əliyeva SÜKUTU POZDU: Məni və övladlarımı öldürməklə təhdid  etdilər-QALMAQAL

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın özü indiki məqamda qondarma iddialardan yayınmağa çalışır: “Çünki İrəvandakı hakim elita başa düşür ki, həqiqi iqtisadi inkişaf Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Amma Fransa Cənubi Qafqazda möhkəmlənməkdə israrlıdır. Paris çalışır ki, İrəvanla Bakı, İrəvanla Ankara arasında isti münasibət olmasın. Digər tərəfdən, Makron hakimiyyətini hazırda ayaqda tutan erməni lobbisinin pullarıdır. Emmanuel Makron hazırda baş sağıcı qiyafəsində erməni lobbisini "sağmaqla" hakimiyyətini yıxılmağa qoymur. Ona görə də erməni lobbisinin ağzına hansısa “yemi” atmalıdır ki, başıboş milyarderlərin səsləri kəsilsin. Qondarma soyqırımı iddiası ilə bağlı “tədbir” də formallıqdan o yana keçməyəcək. İndi bu kimi tədbirlərlə, təhdidlərlə Türkiyə kimi güclü ölkənin üstünə gəlmək olmaz. Bu, sadəcə, mümkün deyil. Fransızlar anlayır ki, ruslarla mübarizədə Türkiyənin köməyi olmasa “xoruzlar”ın gələcəkdə vəziyyəti elə rusca olacaq".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Avropanın qardaş ölkəyə qarşı atdığı addımları təsadüfi saymır: “Avropa Parlamenti Strasburqda yenidən qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirir. Bu dəfə söhbət 110-cu ildönümünə həsr olunmuş debatdan gedir. Bu, nə ilkdir, nə də son. Avropa Türkiyəyə qarşı belə addımları müəyyən dövrlərdə sistematik şəkildə təkrarlayır. Xüsusilə də Türkiyənin regional siyasətdə aktivləşdiyi, beynəlxalq münasibətlərdə mühüm aktora çevrildiyi zamanlarda bu kimi siyasi hücumlar artan xətt üzrə davam edir. Əsas məsələ ondadır ki, yüksək inteqrasiya səviyyəsinə baxmayaraq, Avropa İttifaqı vahid beyin və koordinasiyalı siyasi xəttə malik deyil. Avropanın daxili siyasi strukturuna baxdıqda, müxtəlif maraq qruplarının mövcud olduğunu görürük.

azer huseynov.JPG (30 KB)

Avropa Türkiyədən heç vaxt tam razı olmayacaq. Çünki Türkiyə nə qədər Qərbin bir parçası olmaq istəsə də, strateji müstəvidə müstəqil qərarlar verən və regional güc olmağa iddialı bir ölkədir. Ankara öz maraqlarını nəzərə almadan heç bir beynəlxalq oyunun iştirakçısına çevrilmir. Avropa isə məhz bu müstəqillikdən narahatdır. Avropanın Türkiyəni Rusiya ilə açıq şəkildə qarşı-qarşıya qoymaq kimi bir planı olsa da, Ankara buna getməyəcək. Avropa Parlamenti “erməni soyqırımı”nı müzakirəyə çıxarmaqla, həm Türkiyəyə, həm də Ermənistan daxilində müəyyən qüvvələrə mesaj vermək istəyir. Nikol Paşinyan bir müddətdir ki, siyasi reallıqları nəzərə alaraq qondarma “soyqırımı” məsələsində müəyyən geri addımlar atmağa çalışır. Amma Avropadakı erməni diasporu bundan narazıdır və belə debatlarla ona təzyiq göstərmək istəyir. Türkiyənin mövqeyinə gəldikdə, Ankara hər nə qədər ABŞ-ın müttəfiqi olsa da, Vaşinqton zaman-zaman ona təzyiq göstərməkdən çəkinmir. Avropanın Türkiyəyə qarşı bu cür addımları daha çox siyasi manipulyasiya və maraqlar balansında təzyiq vasitəsidir. Burada əsas məqsəd Ankaranın beynəlxalq siyasətdə daha çevik və güzəştə getməyə məcbur edilməsidir. Bunun üçün qondarma “erməni soyqırımı” məsələsi dövri olaraq gündəmə gətirilir və Türkiyənin beynəlxalq mövqeyi zəiflədilməyə çalışılır.Türkiyə isə öz strateji maraqlarından geri çəkilmədən bu oyunun qaydalarına uyğun davranmaqda davam edəcək".

eli.PNG (702 KB)

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Avropa İttifaqının illərlə yürütdüyü siyasət özünü bu gün dalana dirəyib və düşdükləri durumdan çıxmaq üçün vurnuxmaqdadır: “Təəssüf ki, bəzi Qərb dairələri hələ də dünyada baş verən reallıqları və beynəlxalq münasibətlər sistemindəki ciddi dəyişiklikləri dərk etmək istəməyərək ənənəvi şantaj və təzyiq siyasətindən qurtula bilmir. Avropa İttifaqı bütün ətrafını özünə qarşı qoymaqdadır. İttifaq sərhədləri ilə münasibətləri korlamaq özü üçün təhlükəsizliklə bağlı problemlər yaradır. Rusiya ilə hibrid müharibə, Aralıq dənizi boyunca gərginlik ocaqları, miqrant axının yaratdığı çətinliklər, ABŞ-ın Danimarkaya ərazi iddiaları fonunda Türkiyəni də qaralamaq, məncə, çox böyük səhv olardı. Türkiyə Aİ-nin təhlükəsizliyinin etibarlı təminində vacib faktordur. Ankara radikal qruplaşmaların və böyük miqrant köçünün Qərbə axın etməsinin qarşısını aldı. Yaxın Şərqdəki daxili silahlı münaqişə və müharibələrdən 5 milyona yaxın  qaçqın Türkiyənin sayəsində Qərb sərhədlərini keçə bilmədi. Əgər keçsəydi, Avropa İttifaqı humanitar böhrandan qaça bilməzdi. Digər tərəfdən, ittifaqın enerji təminatında da Türkiyə vacib rol oynayır. Rusiyaya tətbiq edilən enerji sanksiyalarından sonra şaxələndirmə məhz Türkiyənin ərazisindən həyata keçirilir. Ən vacib məsələlərdən biri Tramp administrasiyasının yürütdüyü xarici siyasətin doğurduğu hazırkı durum Türkiyəyə möhtac yaratmasıdır. Hərbi, strateji və geopolitik baxımdan qardaş dövlət Qərb üçün vazkeçilməzdir. Belə olanda Qərbin sərgilədiyi mövqe başa düşülmür. Üstəlik də ”erməni soyqırımı"nı SSRİ-nin Türkiyəyə qarşı layihəsi adlandıran Ermənistan hakimiyyətinin bundan imtina etdiyi halda Qərbin yalançı və qondarma iddialarından bərk-bərk yapışması ikiüzlülük və saxtalığın daha bir təzahürüdür. Belə bir addım təkcə  Aİ-Türkiyə münasibətlərini korlamır,  həmçinin Cənubi Qafqaz regionunda dayanıqlı sülhün əldə olunmasına mane olur, regionda gərginliyi tətikləyir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR