İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən dələduz milyarderə dəstək - ”Nobel” də qatillərə verilir...

981 25.04.2024 14:11 Siyasət A A

 

Qarabağda dinc əhalini silahlanmağa çağıran, Donbass separatçılarına, Makrona dəstək verən Vardanyana Qərb sahib çıxır

 

Qarabağdakı separatçıların keçmiş lideri, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyana xarici dairələrdən ciddi dəstək müşahidə olunur. Təsadüfi deyil ki, dünyaca məşhur kanal sayılan “CNN Azərbaycan” ona veriliş həsr edib, oğlu David Vardanyanı efirə çıxarıb. O da bir sözlə efirdə sərsəm-sərsəm fikirlər səsləndirib.

Qeyd edək ki, günlər öncə də Vardanyanın namizədliyi Nobel sülh mükafatı almaq üçün irəli sürülüb. Bu yerdə bir sual meydana çıxır. Separatçı kəsimə rəhbərlik edən bir şəxs sülh adı olan mükafata necə namizəd ola bilər? 

Vardanyandan qat-qat böyük, informasiya məkanında tanınan separatçılar var. 7 milyonluq katalon xalqının lideri Karlos Puçdemon qıraqda qalıb, onun 300 tərəfdarı həbsdədir, baskıların, Fransa separatçılarının liderləri kənarda qala-qala Qarabağ ermənilərinin gəlmə liderinə dünya çapında bir dəstək var. Bunun əsas səbəbi nədir?

Ekspertlərin fikirlərinə görə, burada pul amili əsas rol oynayır. Vardanyanın 5 milyard həcmində vəsaitinin olduğu barədə tez-tez xəbərlər yayılır. Vaxtı ilə o, Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyasına da ciddi dəstək verib.

335772.jpg (122 KB)

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, separatçı milyarder Ruben Vardanyanın "Nobel" mükafatına namizədliyi və onun həbsxanadan azad edilməsi ilə bağlı təzyiqlərin səbəbləri olduqca iyrəncdir:

“Əvvəla onu qeyd edək ki, Ruben Vardanyan Rusiya hakimiyyətinə, xüsusən də Vladimir Putinə xəyanət etmişdi. O, Rusiyadakı sanksiyalar fonunda öz var-dövlətini qorumaq qərarına gəlmişdi. Moskvadan uzaqlaşaraq Xankəndinə gəlməsinin, yerləşməsinin və separatçıları maliyyələşdirməsinin də səbəbi bu idi. Vardanyan bununla Qərbdəki havadarlarına mesaj göndərərək Rusiya ilə heç bir bağının qalmadığını sübut etməyə çalışırdı. O, buna qismən də olsa nail oldu. Daha sonra Rusiyadan gizli şəkildə Fransa prezidenti Emmanuel Makronun seçki prosesinin maliyyələşdirilməsində mühüm rol oynadı. Onu Makaronun seçki marafonuna Marseldəki erməni diasporu cəlb etmişdi. Vardanyanın "Nobel"2 namizədliyi, onun həbsdən azad olunması ilə bağlı hay-küy də onun Qərb qarşısındakı bu "xidmətlərinə" görədir. Vardanyanın havadarları bu yolla onun "borcundan" çıxmağa çalışırlar.

Görünür, Ruben Vardanyan ailəsi vasitəsilə prezident Makronu və havadarlarını, eləcə də erməni lobbisinin üzdə olan simalarını təhdid edib. Hər şeyi açıb gün üzünə çıxaracağını söyləyib. Ona görə də indi onun oğlunu dünyanın aparıcı telekanallarına çıxarırlar. Ruben Vardanyan terroru maliyyələşdirib, əli ötən ilin sentyabrında onlarla Azərbaycan əsgərinin qanına batıb. Ona görə də indi cəzasını çəkir. Düşünürəm ki, Qərbin "Vardanyan anlaşması" da "borc" bitincə yekunlaşacaq. Əgər ona "Nobel" verilsə, o zaman İsveç Akademiyası bir daha bu mükafatın iç üzünü ortaya qoyacaq. Hərçənd ki, biz bu mükafatın iç üzünü bir dəfə Mixail Qorbaçovun timsalında gördük. Əli Azərbaycan xalqının qanına batmış bir şəxsə bu "mükafat" təqdim olunub. Belə çıxır ki, "Nobel" artıq qatillər, terrorçular mükafatıdır. Dünyada bu qədər separatçı liderlər var, onlar dura-dura CNN-nin Ruben Vardanyan kimi simasızlara, onların övladlarına yer ayırması anlaşılan deyil”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR