İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qazaxın kəndlərini TƏCİLİ geri qaytarmalıyıq, yoxsa..." - Bakı sakinlərindən hiddətli rəylər VİDEO

805 11.03.2024 20:32 Gündəm A A

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin mübahisəli məqamlarından biri də Qazaxın 7, Naxçıvanın Kərki kəndidir. Görünəni budur ki, Ermənistan tərəfi hələlik bu məsələdən yayınmağa çalışır. Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları da sübut edir.

Ermənistanın son zamanlar sürətlə silahlanması İrəvanın adıçəkilən kəndləri sülh yolu ilə qaytarmaq istəmədiyini göstərir.

Bəs kəndlərin qaytarılma məsələsinin aqibəti necə olacaq? Bu məsələ sülh müqaviləsinin imzalanmasından sonra yoxsa elə sülh müqaviləsi ilə birlikdə öz həllini tapa biləcək? Rəsmi Bakı hansı halda hərbi yola əl ata bilər? Ermənistan həmin kəndləri öz istəyi ilə qaytaracaqmı?

TV Musavat-ın əməkdaşları by sualla Bakı sakinlərinə müraciət edib, onların mövqeyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR