İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı

3148 26.09.2023 20:45 Qarabağ xəbərləri A A

Avropa Komissiyası Qarabağdan köçən ermənilər üçün Ermənistana 5 milyon avro verəcək.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu məlumat Avropa Komissiyasının açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunur ki, Avropa Komissiyası Qarabağdan insanların kütləvi şəkildə Ermənistana gedişini gözləyir. Buna görə də həmin şəxslərin ehtiyaclarını qarşılamaq üçün 5 milyon avro ayırır.

Qeyd edək ki, bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer ABŞ-ın Qarabağ ermənilərinə yardım üçün Ermənistana 11,5 milyon dollar verəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR