İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda Türk əsri başlayır: 140 mindən çox insan, 2,4 milyard dollar və... – SENSASİON FAKTLAR

2495 09.11.2023 14:37 Qarabağ xəbərləri A A

“Haber Global”ın yazarı Ertan Altan “Qarabağda Türk əsri başlayır” başlıqlı yazı qələmə alıb.

Musavat.com xəbər verir ki, yazar “Qarabağ zəfərinin 3-cü ilində erməni işğalı nəticəsində didərgin düşmüş Qarabağ türklərinin geri qayıtması sürətlənib”, - deyə qeyd edib.

ERTAN YENİ.png (182 KB)

“Qarabağda qəsəbələr “ağıllı kənd” və “müasir şəhər” anlayışı ilə yenidən qurulur. 3 ildə 140 min insanın qayıdacağı Qarabağ Türk dünyasının cazibə mərkəzi olacaq. Qarabağda erməni işğalına son qoyan ZƏFƏR artıq üçüncü ildir ki, müxtəlif mərasimlərlə qeyd olunur.

Bu günlərdə Azərbaycanda gündəm illər əvvəl işğal nəticəsində öz torpaqlarından didərgin düşmüş vətəndaşların yenidənqurma işlərinə başlanılan rayonlara qayıtmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçirilən toplantısında “Hazırda Qarabağa Böyük Qayıdış Proqramı həyata keçirilir. Bu torpaqların əsl sahibləri olan azərbaycanlılar Laçın və Füzuli şəhərlərinə, 3 kəndə qayıdıblar. 2026-cı ilin sonuna qədər 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtması gözlənilir”, - deyə bildirib.

QAYİDİS SON .png (710 KB)

Başda Türkiyə olmaqla, bütün türk dünyası Qarabağın yenidən qurulması üçün Azərbaycanla birgə çalışır. Bu günə qədər Qarabağda görülən işlər üçün 7 milyard dollar vəsait ayrılıb. Gələn il “Qarabağa Böyük Qayıdış” proqramı üçün 2,4 milyard dollarlıq büdcə yaradılacaq.

Azərbaycanlılar Laçın və Füzuli şəhərlərinə qayıtmağa başlayıblar. Özbəkistan Füzuli şəhərində məktəb tikərkən, Qazaxıstan təhsil mərkəzi yaradır.

YOLLAR VƏ İNFRASTRUKTUR HAZIRDIR

Türk şirkətləri yol, infrastruktur və bir çox tikinti layihələrinə əhəmiyyətli töhfələr verir. Azad edilən ərazilərdə işlərə ilk olaraq Ermənistan silahlı qüvvələrinin işğal dövründə yerləşdirdiyi minaların təmizlənməsi ilə başlanılıb. Daha sonra infrastruktur işlərinə start verilib. “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşada yolların, infrastrukturun və beynəlxalq hava limanının tikintisinə başlanılıb.

SUSAM .png (907 KB)

Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir. Regionun logistik mərkəzə çevrilməsi hədəflənir.

1000 NƏFƏRLİK “AĞILLI KƏND”

Bölgənin yenidən qurulmasında Zəngilan və Ağdam mühüm yer tutur. Ağdam 50 min insanın məskunlaşa biləcəyi şəhər kimi planlaşdırılır. Zəngilanın Ağalı kəndi pilot layihə ərazisi kimi müəyyən edilib. Buna uyğun olaraq Ağalı kəndi “ağıllı kənd” konsepsiyası ilə salınır. “Ağıllı kənd”də 1000 nəfər məskunlaşa bilər. Bölgədə yenidən qurulan şəhərlərdə “ağıllı şəhər” konsepsiyası yaradılır.

YAŞIL ENERJİ VƏ KİNO

Dəhliz layihələri ilə logistika sahəsində mərkəz olmağa hazırlaşan bölgə “yaşıl enerji” bölgəsi kimi planlaşdırılır. Kəlbəcər və Laçında külək elektrik stansiyaları, Zəngilan və Cəbrayılda isə günəş elektrik stansiyaları tikiləcək.

Laçında yaşayış binalarının və ictimai binaların tikintisi başa çatmaq üzrədir. Laçının kino mərkəzinə çevrilməsi də nəzərdə tutulub.

YENİ İNVESTİSİYA SAHƏLƏRİ

Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı və Türkiyə Ticarət və Sənaye Palatası “Qarabağ Biznes Forumu” adı altında regionda yeni investisiya sahələri ilə əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün birgə çalışır. Bildirilir ki, 30 ildir işğal altında olan, demək olar ki, becərilməmiş torpaqlar da kənd təsərrüfatına yararlıdır.

Trabzon Ticarət və Sənaye Palatasının sədri Erkut Çelebi keçən həftə Qarabağdakı kənd təsərrüfatı potensialına diqqət çəkərək, aqrar sahə ilə bağlı şirkətləri bölgəyə yönləndirəcəklərini açıqlayıb”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR