İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” “Səbail”ə qalib gəldi - FOTO/VİDEO

560 06.04.2024 22:27 İdman A A

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə bitib.

Görüşdə ilk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qolu 88-ci dəqiqədə Rüfət Abdullazadənin ayağına yazılıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” evdə “Sabah”ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR