İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ savaşının hələ bitməyib" - Markedonovdan ŞOK İDDİA

2124 20.11.2023 18:15 Qarabağ xəbərləri A A

Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin eksperti Sergey Markedonov Qarabağ savaşının hələ bitmədiyini iddia edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Bunin & Co teleqram kanalı üçün yazıb.

“Noyabrın 17-də Haaqa Beynəlxalq Məhkəməsi 2023-cü ilin sentyabrında hərbi eskalasiya nəticəsində Qarabağ ərazisini tərk etmiş yeri ermənilərin geri qaytarılmasını təmin etməyi rəsmi Bakının üzərinə öhdəlik olaraq qoyub. Bundan başqa, qərarda keçmiş "DQR-DQMV"ni tərk etmək istəyənlərə maneə yaratmamaq, eyni zamanda onları tərk etməyə məcbur etməmək tövsiyə olunur.

serge-1633941874.jpg (19 KB)

Bu gün tərəflər Beynəlxalq Məhkəmənin qərarlarını müxtəlif cür şərh edirlər. Ondan başlayaq ki, “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr rəsmi İrəvanın tələbi ilə oktyabrın 12-də başlayıb. İddia ərizəsində erməni tərəfi 10 aralıq tələb irəli sürüb. Onların əhatə dairəsi Qarabağ ermənilərinə qarşı ayrı-seçkilik tədbirlərinin aradan qaldırılmasından tutmuş mədəni irs obyektlərinin (o cümlədən təkcə dini yerlərin deyil, həm də 1915-ci il hadisələrinə həsr olunmuş abidələrin) qorunub saxlanmasına qədər genişdir.

Məhkəmənin qərarına əsasən, rəsmi Bakı səkkiz həftə ərzində görülən tədbirlərlə bağlı hesabat təqdim etməlidir. İrəvanda bu, erməni mövqeyinə dəstək kimi qiymətləndirilir. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, “məhkəmə tarixində belə bir sıra müvəqqəti tədbirlər heç bir başqa dövlətə bir məhkəmə prosesində tətbiq olunmayıb”. Amma Azərbaycanda başqa cür düşünürlər. Bu ölkənin Xarici İşlər Nazirliyi məhkəmənin “Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bir daha təsdiq edən qərarını alqışlayır”. Və burada, gördüyümüz kimi, Bakı və İrəvan eyni hadisəyə fərqli qiymət verirlər”,-deyə Markedonov qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR