İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" Belarusda çempion oldu FOTO

762 21.03.2024 23:41 İdman A A

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.

Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda “Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ”ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.   (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR