İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz “miatsum”a son qoyan hadisə - Bir il öncə Laçında separatçıların qapısı bərk bağlandı

1065 23.04.2024 11:15 Analitika A A

Bu gün elə bir gündür ki, Qarabağla bağlı hazırkı fərəhimizin qaynağı olan bir hadisə baş verib.

2023-cü iln bu günü Laçında, Həkəri çayının üzərindəki körpüdə Azərbaycanla Ermənistan arasında sərhəd-keçid məntəqəsi rolunu oynayacaq təsisat bərqərar edilib.

Bu, son 31 ildə bir ilk idi. Ona qədər Laçın da, Həkəri körpüsü də erməni işğalçıların əlindəydi və onlar bu yerləri alaraq Qarabağla Ermənistanı “birləşdirmişdilər”. Laçın sərhəd-keçid məntəqəsinin açılması Ermənistanla Qarabağın dağlıq hissəsində qondarma “dövlətciy”in “miatsum”unu pozdu.

Beləliklə, Qarabağ münaqişəsinin ilk illərində çox adamın dilə gətirdiyi, sonradan istehza predmeti olan “orasını da kəs, burasını da, özləri köçüb gedəcəklər” kimi qənaətin, münaqişənin sadə həll düsturunun real əsası qoyuldu.

Əlbəttə, dildə demək asan idi, amma erməni separatçıların “ora-burasını kəsmək”, Azərbaycan dövlətinin sərhədlərini bərpa etmək, keçid məntəqəsi yaratmaq olduqca məşəqqətli bir iş idi və bu, uzun zaman aparmışdı. 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin nəticələri erməniləri vadar etmişdi ki, həm Laçını boşaltsınlar, həm də bir gün burada sərhəd-keçid məntəqəsinin açılacağına hazır olsunlar.

16642-1682272940.jpg (47 KB)

Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin 2021, 2022 və 2023-cü ilin ilk üç ayında ardıcıl şəkildə, addım-addım öz hədəfinə doğru irəliləməsi göstərirdi ki, ermənilərin qorxduğu şey bir gün mütləq başlarına gələcək: Laçın dəhlizi bağlanacaq və ermənilər başqa bir dövlətin ərazisinə girdiklərini hiss edəcəklər.

Bundan təkcə ermənilər qorxmurdu. O zaman Avropa mediasında çıxan hikkəli, hiddətli yazıları xatırlayaq: çox əndişəliydilər, ermənilərin Qarabağ avantürasının sona yetdiyini instinktiv olaraq duymuşdular.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür

İlk olaraq Fransa Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləmiş, bunun “atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini hesab etdiyini” bəyan etmişdi. Rəsmi Bakı ona belə cavab vermişdi: “Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur.”

ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel bu xüsusda verdiyi açıqlamada narahatlıq ifadə etmiş və demişdi: “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır”.

Patel ABŞ dövlətinin adından bildirmişdi ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır. O, tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağımışdı.

Laçın yolu bu tarixdə açılacaq - İddia - GlobalInfo.az

Rusiya Xarici İşlər Nazirliyi də ümumi kampaniyaya qoşularaq bəyan etmişdi ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımlar yolverilməzdir.

Ancaq artıq ox yaydan çıxmışdı və o, hədəfinə doğru uçurdu, bu işi yarımçıq saxlamaq olmazdı. Əks təqdirdə 44 günlük müharibədə 3 min şəhid verməyin nə mənası olacaqdı?

Azərbaycan dövlətinin başçısı İlham Əliyev bu məsələdə qətiyyətli və dönməz idi, o öz strateji planını mərhələ-mərhələ reallaşdırmağa qəti qərar vermişdi. Ona görə də Prezident İlham Əliyev qüdrətli dövlətlərin qınağına, əndişəsinə, etirazına baxmayaraq, verdiyi vədi tutdu və Azərbaycan dövlətinin qərb sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasını başa gətirdi.

Əlbəttə ki, burada beynəlxalq hüquqa zidd heç nə yox idi. Hər bir dövlət öz qonşuları ilə sərhəddə sərhəd-buraxılış məntəqəsi yaradır. Bir-iki il öncə bu yerlərin işğal altında olması oranın mübahisəli ərazi olması anlamına gəlmirdi və heç kəsə də haqq vermirdi ki, Azərbaycan ərazisində özü üçün qanunsuz dəhliz yaratsın.

ŞOK: Qarabağda separatçılara ordu qurulur! - Putinin imzaladığı sənədləri  kim sabotaj edir?

Üstəlik, ermənilərin Laçın yolundan sui-istifadə etməsi, silah daşıması, ölkəni parçalamaq istəyən separatçı qurum hərbi qüvvələrini komplektləşdirmək üçün canlı qüvvə göndərməsi səbəb verirdi ki, bu yol bağlansın.

Ona görə də hələ aprelin 22-si saat 20:00 radələrində Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil karvanı sonuncu dəfə Azərbaycan-Ermənistan sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən Azərbaycan ərazisinə daxil olmuş, bununla da yola və körpüyə nəzarət Azərbaycan sərhədçilərinin sərəncamına keçmişdi.

Həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Laçın yolu ilə bağlı tez-tələsik Bakıya zəng edən ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirmişdi ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Azərbaycan Tibb Universiteti | Prezident İlham Əliyevin 60 yaşı tamam olur.

Azərbaycan Prezidenti vurğulamışdı ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Sonrakı aylarda bu məntəqənin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğu dəfələrlə sübut olundu. Bu gün Bakıda təcridxanada saxlanılan separatçı liderlər məhz o məntəqənin hesabına qapalı qazana düşmüş siçovul kimi yaxalandılar.

Erməni hərbçilər o məntəqədən Qarabağa silah-sursat, canlı qüvvə gətirə, müqavimət təşkil edə bilmədilər.

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət  Bayrağını ucaldıb və çıxış edib

Bir sözlə, Qarabağın separatçılardan tamamilə təmizlənməsinin özülü məhz bu gün qoyuldu. 23 aprel müasir Azərbaycan tarixinin şanlı zəfər günlərindən biridir.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR