İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı qazax bloger Bişkekdə saxlanılıb

369 25.04.2024 13:45 Dünya A A

Qazaxıstandan olan qalmaqallı bloger Aydın Tusupov sosial şəbəkələrdə Bişkekdə saxlanması barədə məlumat yayıb.

“Səbəbi hələ də bəlli deyil, izahat verməyiblər. Məni düz oteldə qamarladılar, polis şöbəsindəyəm”, - Tusupov yazıb.

O əlavə edib ki, həbsin səbəbini öyrənənə qədər Bişkek küçələrində prank (zarafat) olmayacaq.

Bu, qazaxıstanlı bloqqer üçün xaricdə ilk həbs deyil. 2021-ci ilin mart ayında o, Ramir Hasanov və Ersin Dumşebay ilə birlikdə Moskvada premium taksi çağırıb. Sürücü çantaları baqaja yerləşdirərkən onlardan biri maşının sükanı arxasına keçib və sürüb uzaqlaşıb. Prankerlər maşının uzaqlaşmasını və avtomobil sahibinin reaksiyasını lentə alıblar. Bir neçə dəqiqədən sonra onlar qayıdıb sürücüyə bunun zarafat olduğunu başa salıblar. Lakin onlar eyni gündə saxlanılıblar. Moskva rayon məhkəməsi qazaxıstanlıları 3,5 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Aydın Tusupov Qazaxıstana ekstradisiya edilib. 2023-cü ilin sentyabrında o, şərti olaraq həbsdən azad edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR