İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqazı islamlaşdıraq” deyib, İslam düşməni ilə süfrə quranlar...

987 13.01.2023 12:11 Media A A

İranşünas:  ""Qüds"ün Qafqazda, yəni Azərbaycanda fəaliyyəti daha da genişlənə bilər..."

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı qərəzli ritorika sərgiləməkdə davam edir. Bu gün İranın Ermənistanla “qardaşlığı”, “dostluğu”, sadəcə olaraq, ikrah doğurur. Çünki İran terrorçunu, işğalçını, İslam dəyərlərini, məscidləri dağıdan, təhqir edən bir ölkəni açıq şəkildə dəstəkləməklə özünün əsl mahiyyətini nümayiş etdirir.

Ölkədə vəziyyət elədir ki, İranda yaşayan azərbaycanlılar da bildirirlər ki, doğma ana dili olan Azərbaycan dilini ailəsindən, ya da kitablardan öyrənirlər. İranda yaşayan soydaşlarımız orta məktəblərdə tədrisin ana dilində keçirilməsini istəsələr də, bu, illərdir ki, reallaşmır. Halbuki İranın konstitusiyasına görə, ölkədə yaşayan bütün etnik qruplar eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etnik qruplar öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar . Buna baxmayaraq, İranda yaşayan qeyri-farsdilli xalqlar arasında, demək olar ki, yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Ermənilərə verilən sərbəstliyin onda biri İranda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlərin nümayəndələri də azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.

VİDADİ MUSTAFAYEV YAZIR: – Azərbaycan Ruznaməsi

Vidadi Mustafayev

Bizimlə söhbətdə iranşünas Vidadi Mustafayev “Yeni Müsavat”a İran rəhbərliyinin Qarabağla bağlı məkrli planlarından danışıb. O deyib ki, Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda hərbi müşavir olmuş, sonralar Ərdəbildən deputat seçilmiş, hazırda isə İran parlamenti sədrinin beynəlxalq münasibətlər sahəsində müşaviri kimi fəaliyyət göstərən Mənsur Həqiqətpur bu  günlərdə yerli xəbər agentliklərindən birinə müsahibəsində ilginc məlumatlar verib: “Öncəliklıə qeyd edim ki, Həqiqətpur həm də keçmiş SEPAH komandiri Azərbaycan-türk dilinin tədrisinə qarşı sərt mövqe tutanlardan biridir. O deyib ki, Qafqaz İran İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri Qasım Süleymanlı üçün strateji region hesab olunurdu. Qarabağı azad etmək onun mühüm qayğılarından biri idi. Həqiqətpur vurğulayıb ki, Qarabağ İslam torpağıdır, Azərbaycana məxsusdur və erməni işğalçıları oranı işğal ediblər. İslam Respublikası İraq, Suriya, Yəməndə olduğu kimi Qarabağın azad edilməsini də qəti şəkildə dəstəkləyir. O daha sonra deyib ki, Qafqazda əsl İslam ideyalarını yaymaq, həmin məntəqənin əhalisi və vəzifəli şəxslərini şiə və İslam təlimi ilə tanış etmək Hacı Qasımın mədəni məqsədlərindən biri idi ki, artıq səmərəsini verib. Onun dediyinə görə, İslam düşmənlərini, o cümlədən amerikalıları və sionistləri İran üçün həyati region olan Qafqazdan təmizləmək Hacı Qasımın strateji məqsədlərindən biri idi. Rəhbərin "Qüds"ə yeni komandir təyin edilməsi haqqında fərmanında həmin məqsəd istiqamətində hərəkətin davam etdirilməsinin vacibliyi vurğulanıb.  Həqiqətpur da bildirib ki, İRİ və İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” hərbi birləşməsinin Qafqaz və Qarabağ strategiyasının icrası əvvəlki qaydada davam edəcək. Bu açıqlamadan belə çıxır ki, artıq Hacı Qasımın və dünənə qədər başçılıq etdiyi “Qüds” hərbi qüvvəsinin Qafqazı yenidən islamlaşdırma sahəsində “mədəni” fəaliyyəti artıq öz bəhrəsini verib. İndi İranın “həyati regionu” olan Qafqazı İslamın düşmənlərindən təmizləmək vaxtı çatıb. Parlament sədrinin Beynəlxalq münasibətlər üzrə müşavirinin bəyanatına barmaqarası baxmaq olmaz. Deməli, "Qüds"ün Qafqazda, yəni Azərbaycanda fəaliyyəti daha da genişlənəcək".

İranşünas əlavə edib ki, “Qüds” SEPAH tərkibində müstəqil, elit bir hissədir: “Əsas vəzifəsi İranın xarici siyasətinin bütün qeyri-qanuni üsul və vasitələrlə həyata keçirilməsinə şərait yaratmaqdır. Bunun üçün xarici siyasətin, daha doğrusu, ekspansiyanın əsas obyekti kimi müsəlman və ilk növbədə şiə tərkibli ölkələr seçilir. Oradan münasib bilinən ünsürlər İrana cəlb edilir, onlara hərtərəfli təlim keçib öz ölkələrinə göndərirlər. Eyni zamanda həmin xarici ölkələrdə İran yönümlü ünsürlərdən xüsusi siyasi, mədəni, hərbi təşkilatlar yaradır və onlara hərtərəfli dəstək göstərilir, yəni geniş miqyasda həmin ölkənin daxili işlərinə qarışmaqla məşğul olurlar. Qonşu ölkəni özündən asılı etmək siyasəti, yuxarıda deyildiyi kimi, "həqiqi" İslam adına, İslam ölkələrini İslam “düşmənləri”ndən təmizləmək adına həyata keçirilir".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR