İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Marqarita Simonyanın ərini təltif etdi

1394 12.04.2024 14:35 Siyasət A A

Putin Marqarita Simonyanın əri, prodüser Tiqran Keosayana “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adı verib.

Musavat.com bu barədə rusdilli media qaynaqlarına əsasən məlumat verir. Marqarita Simonyan Kremlin əsas təbliğatçılarından biridir.

Onun rəhbərliyi altında media holdinqlər  (“Russia Today”, RT kanalı, “Sputnik” agentliyi) fəaliyyət göstərir. Həmin media holdinqlərdə çıxış edən M. Simonyan anti-türk baxışları ilə fərqlənir.
Erməni əsilli Marqaritanın rəhbərlik etdiyi "Sputnik" media holdinqinin Bakıda da şöbəsi vardır.

Hazırda Simonyanın Paşinyanla münasibətləri gərgindir. Buna səbəb Nikolun anti-Rusiya baxışları və fəaliyyətidir. Marqarita hesab edir ki, Ermənistan Rusiyanın satelliti olmaqda davam etməli, Qərb yönümlü fəaliyyətini dayandırmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR