İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prius” yük maşınına çırpıldı - Sürücü öldü

816 18.04.2024 11:45 Hadisə A A

Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində baş verib.

Belə ki, Bəxtiyar Həsənovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil prospektin kənarında dayanmış "MAN" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan B.Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR