İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Krokus-la bağlı bu suala CAVAB VERMƏDİ

710 28.03.2024 15:11 Region A A

"Crocus City Hall"da baş verən terror aktı zamanı itkin düşmüş şəxslərlə bağlı suallar Rusiya İstintaq Komitəsinə ünvanlanmalıdır.

Musavat.comREN TV”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Bu sualla İstintaq Komitəsinə müraciət etmək lazımdır. Mən cavab verə bilmərəm", - Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 143 nəfər həlak olub. Rusiya prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Martın 23-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktında bilavasitə əli olan dörd silahlı da daxil olmaqla 11 nəfərin saxlandığını bildirib.

Martın 24-də Moskvanın Basmannı məhkəməsi terror aktı işi üzrə dörd müttəhimin hamısını həbs edib. Dalerjon Mirzoev, Rachabalizoda Murodali, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov mayın 22-dək həbsdə olacaqlar. Dindirilmə zamanı onlar terror aktı törətdiklərinə görə 4 nəfər üçün 500 min rubl vəd edildiyini etiraf ediblər. İki müttəhimi ömürlük həbs cəzası gözləyir.

Həmçinin martın 25-də məhkəmə terrorçulara kömək edən daha üç şəriki, İsrail İslamov və onun iki oğlu - Aminçon və Dilovar İslamovu həbs edib.

Martın 26-da isə Moskvanın Basmannı məhkəməsi işi üzrə səkkizinci müttəhim Əlişir Kasımovu həbs edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR