İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov ABŞ-ın 60 milyardlıq yardımını şərh edib: “Hərbi əməliyyatlar sonuncu ukraynalıya qədər...”  

3285 18.04.2024 15:05 Ölkə A A

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da dərc olunan  kredit sisteminə keçidlə Ukraynaya 60 milyard dollarlıq yardım haqqında qanun layihəsini şərh edib.

Musavat.com Kommersant.ru-a istinadən xəbər verir ki, Peskov bunun Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik etdiyi və Vaşinqtona gəlir gətirdiyi qənaətindədir: “Daxili siyasi fikir ayrılıqlarına görə Vaşinqton Ukraynaya yardımı davam etdirmək üçün müxtəlif üsullar axtarır. İstənilən rejim altında de-fakto yardımın göstərilməsi ilə söhbət ABŞ üçün zəmanətli mənfəətin təmin edilməsindən, Ukraynanı sonuncu ukraynalıya qədər növbəti hərbi əməliyyatlara təhrik etməkdən gedir”, - deyə Peskov mətbuata bildirib.

Dmitri Peskovun fikrincə, Ukrayna indi təkcə, “amerikalılara mənfəət təmin etməklə mübarizə aparmalı deyil, həm də borc içərisindədir: “Bu ABŞ-ın sevimli müstəmləkə siyasətidir. Bu, heç bir şəkildə cəbhələrdə vəziyyətin nəticəsinə və inkişafına təsir göstərə bilməz”, - Kreml nümayəndəsi əlavə edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bir gün əvvəl, aprelin 17-də Ukraynaya yeni yardım paketi haqqında qanun layihəsini dərc edib. Layihə 60 milyard dollardan çox vəsaitin ayrılmasını və uzaq mənzilli ATACMS raketlərinin ötürülməsini və kredit sisteminə keçidi nəzərdə tutur. Prezident Co Bayden layihəni dəstəkləyib və Konqresi onu tez bir zamanda qəbul etməyə çağırıb. Konqres isə 2023-cü ilin payızından Ukraynaya yardımla bağlı razılığa gələ bilmir.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR