İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Qasımovun daha bir BÖYÜK UĞURU: Mütləq çempion oldu - FOTOLAR/VİDEO

1341 28.04.2024 22:05 İdman A A

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda daha bir böyük uğura imza atıb.

Musavat.com xəbər verir ki, Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olub.

Yarış bu gün - 28 apreldə saat 15:00-da başlayıb. 3 çəki üzrə çıxış edən Pərviz Qasımov bütün dərəcələrdə birinci yerə çıxıb.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanın adını beynəlxalq arenalarda da yüksəldən idmançımızın həm də bu gün doğum günüdür.

Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR