İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənahəli xanın varisi SİRLƏRİ AÇDI: “Gülzar nənə qızılları dərmana dəyişmişdi, amma...”

3878 07.11.2022 20:03 Müsahibə A A

Bugünkü müsahibimiz Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi Məhəmmədəli Əkbərovdur. O, 2001-ci ildə İspaniyanın Qranada şəhərində anadan olub. Məhəmmədəli “Alcalá de Henares” universitetinin kriminalistika fakültəsinin 3-cü kurs tələbəsidir.

20210930_123444.jpg (2.48 MB)

Həftə sonları Madridin mərkəzində yerləşən kiçik bir hoteldə işləyir.

IMG_20220825_215202_228.jpg (77 KB)

- Nəsliniz haqda nə qədər məlumatlısınız?

- Təəssüflər olsun ki, nəslimiz haqqında çox geniş məlumatımız yoxdur. Bizdə olan məlumatları İkinci Mehrəli bəyin oğlu Məşədi Bahadurun nəvəsi tarzən Aydın müəllimdən almışıq. Onda daha çox məlumat var. Pənahəli xanın 2 övladı olub - İbrahimxəlil xan və Mehrəli bəy. Mehrəli bəyin kötücəsi də eyni adı daşıyıb - İkinci Mehrəli bəy. Onun 4 övladı olub - Məşədi Bahadur, Mehrəli oğlu Qanboy, Məşədi Fərman və Qulam bəy. Qulam bəy Ağdamın Abdal-Gülablı kəndində məktəb direktoru olub. Biz onun nəslindənik. Atamın da adı Qulamdır.

- Pənahəli xanın dövründən sizə nə qalıb?

- Çox təəssüflə qeyd edirəm ki, Pənahəli xanın dövründən miras olaraq demək olar heç nə qalmayıb. Sovet hakimiyyəti xanların, bəylərin mülklərini əllərindən alıb, özlərini isə sürgün edib. Qulam babam və onun qardaşları sürgün olunduqda məcburən Ağdamda məskunlaşıblar. Bizdə olan məlumata görə, Qulam babamın anasında bəylərə məxsus qədim gümüş və qızıl əşyalar olub. Qulam babamın ağır xəstəliyi ilə əlaqədar onun anası Gülzar nənə həmin əşyaları babamı müalicə etdirmək məqsədilə dərmanlara dəyişib. Buna baxmayaraq, babam gənc yaşında rəhmətə gedib.

Qulam babam və onun oğlu Telman babam (atamın atası) gənc yaşlarında vəfat etdiklərinə görə onlardan bilavasitə məlumat əldə etmək mümkün olmayıb. Lakin Qulam babamın qardaşlarından və onların övladlarından müəyyən məlumatlar almışıq.

- İspaniyada sizin Pənahəli xanın nəslindən olduğunuzu bilənlər çoxdur?

- Bizə yaxın insanlar bu haqda məlumatlıdır. Onlara Pənahəli xanın kim olduğunu izah etmişəm.

- Ailəniz haqda məlumat verə bilərsiz?

- Ailəm 6 nəfərdən ibarətdir. Atam Əkbərov Qulam Telman oğlu Bakı şəhərində anadan olub, ehtiyatda olan zabitdir. Anam Əkbərova Aygün Xudayar qızı Qərbi Azərbaycanda doğulub.

IMG-20221107-WA0012.jpg (86 KB)

Böyük bacım Fatimə Zəhra 1999-cu ildə İspaniyanın Leqanes qəsəbəsində anadan olub. Hazırda Politexnik Universitetində təhsil alır. Digər bacım Məryəm 2002-ci ildə İspaniyanın Meko şəhərində anadan olub. Hüquq fakültəsinin 2-ci kurs tələbəsidir. Kiçik bacım Zeynəb 2006-cı ildə İspaniyanın Madrid şəhərində anadan olub, 10-cu sinif şagirdidir.

IMG-20200727-WA0064.jpg (439 KB)

- Ailənizdə hansı dildə danışırsınız?

- Evdə hər zaman öz doğma dilimizdə danışırıq. Bu səbəbdən məndə və bacılarımda Azərbaycan dilində danışmaq qabiliyyəti var. İspan dilini təmiz bilirəm, bu dildə təhsil alıram. Təmiz olmasa da, ingilis dilini də bilirəm.

- Azərbaycan dilini bilmək sizə hansı imkanları yaradır?

- Hesab edirəm ki, Azərbaycan dilində danışmaq hər bir azərbaycanlının borcudur. Öz ana dilimiz qoruyub saxlamalıyıq. Azərbaycan dilində danışmağım mənə Azərbaycanda yaşayan dostlarımla, doğmalarımla, tanışlarımla, o cümlədən dünya azərbaycanlıları ilə ünsiyyət qurmaq imkanı verir.

- Nəslinizlə bağlı evinizdə hansı maraqlı məqamları danışırlar?

- Nəslimizlə bağlı evdə atam danışır. Bizə babası haqqında çox danışır. Atamın babası Qulam bəy gənc olmasına baxmayaraq, Ağdamda məktəb direktoru təyin olunub. Onun böyük qardaşı Məşədi Bahadur 1934-cü ildə Tiflis musiqi müsabiqəsində 2-ci yeri tutub,  “Stalin” medalı alıb.

- Diaspor hərəkatına nə vaxt qoşulmusunuz?

- Xarici ölkədə anadan olsam və yaşasam da, mənim qəlbimdə vətənpərvərlik hissi həmişə yaşayıb. Bu səbəbdən hər zaman ölkəmi tanıtmağa çalışmışam.

WhatsApp Image 2022-11-01 at 20.52.46.jpeg (134 KB)

Məktəbdə ekspozisiyalarda, dostlar və tanışlar arasında Azərbaycan və ona qarşı düşmən tərəfindən törədilən vəhşiliklər haqqında məlumat vermişəm. 15-16 yaşım olandan Səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirlərdə imkan daxilində iştirak etmişəm. Sosial şəbəkələrdə paylaşımlarla izləyicilərimi məlumatlandırmağa çalışmışam.

IMG-20220810-WA0024.jpg (169 KB)

Bundan əlavə, bu il Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmişəm. Düşərgə barədə məlumatı İspaniya krallığında yaşayan, diasporanın könüllü numayəndəsi Şahin Xəlilovdan öyrəndim, o mənə düşərgəyə yazılmağı tövsiyə etdi. Videomüsahibədən sonra qəbul edildim. Həmin zaman keçirdiyim sevinc hissi izahedilməzdir. Avqustun 2-si mən və dünyanın müxtəlif ölkələrindən seçilən 115 azərbaycanlı gənc Şuşaya yola düşdük. Orada çox gözəl əlaqələr yarandı və hazırda biz Azərbaycan Diaspor Gəncləri təşkilatı adı altında fəaliyyət göstəririk.

IMG-20220808-WA0005.jpg (136 KB)

Hər il Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 31 Mart soyqırımı, Anım Günü və Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edirəm.

WhatsApp Image 2022-11-01 at 20.53.45.jpeg (244 KB)

Bununla bağlı sosial mediada paylaşımlar edirəm. Dostlarıma həqiqəti izah edirəm. Azərbaycana qarşı törədilən vəhşilikləri və cinayətləri yayımlayıram.

IMG-20221104-WA0001.jpg (52 KB)

Dünyaya həqiqəti cəlbedici şəkildə çatdırmaq lazımdır - qısa sözlü videolar, posterlər və s. İnsanları qısa və diqqətçəkən məlumatlar maraqlandırır.

WhatsApp Image 2022-11-01 at 20.53.34.jpeg (251 KB)

- Şuşada hansı hissləri keçirdiniz?

- Şuşada olmaq məni hədsiz dərəcədə fərəhləndirdi. Sözlərlə ifadə olunmayacaq dərəcədə sevindim. Şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıq məni qürurlandırdı, eyni zamanda kədərləndirdi. Mən onların ruhları qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz hər zaman onlara borcluyuq.

- Azərbaycan ordusunu necə xarakterizə edərdiniz?

- Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Həmin məktəb bugünkü ordumuzun qəhrəmanlığı, peşəkarlığı və şücaətinə, dünya orduları sırasında mühüm yer tutmasına böyük töhfə verib.

20220512_143421.jpg (2.24 MB)

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qayğı və diqqəti sayəsində ordumuz hər zaman inkişaf etməkdədir.

- Şuşadan torpaq apardınız?

- Mən Cıdır düzündən torpaq yığdım, hələ də məndədir. Eyni zamanda xatirə olaraq Şuşa qalasından daş götürdüm və Pənahəli xanın sarayında da oldum. Sarayın divarından bir daş götürdüm. Ağdamda olduğuma görə Şahbulaq sarayından da yadigar olaraq bir kiçik daş götürdüm. Orada da gözəl təəssüratlar yaşadım, gözəl insanlar tanıdım. Qismət olar, yenə qayıdaram.

20220807_102129.jpg (2.42 MB)

- Şuşanı necə görmək istərdiniz?

- Şuşa mənimçün dünyanın ən gözəl şəhəridir. Şuşa Azərbaycanın mədəniyyət incisidir.

20220803_134845.jpg (5.42 MB)

İlk növbədə ulu babam Pənahəli xanın ev muzeyinin olmasını, qədim abidələrimizin bərpa olunmasını istərdim. Şuşada elm və mədəniyyət ocaqlarının çoxalmasını, böyük muğam məktəbinin yaradılmasını istərdim. Simvolik olaraq məncə, çox gözəl olardı. 

- Ailə üzvləriniz Şuşada olub?

- Mənimlə yanaşı, atam da Şuşada olub. Atam Birinci Qarabağ müharibəsində iştirak edib və xidmət etdiyi hərbi hissə Şuşada fəaliyyət göstərib. Qəlbimiz hər zaman Şuşada olmaq arzusu ilə döyünüb.

IMG-20200727-WA0058.jpg (468 KB)

- Azərbaycana tez-tez gəlirsiz?

- Demək olar ki, hər yay tətilini ailəmlə Azərbaycanda keçirirəm. Valideynlərimin dediyinə əsasən, Bakıda ilk dəfə 2001-ci ildə - doğulduğum zaman olmuşam. Həmin ildən etibarən Azərbaycanda 15 dəfə olmuşam.

IMG_20180922_000553_892.jpg (365 KB)

Hətta 2 il orada yaşamışam. O səbəbdən də 3 və 4-cü sinifləri Azərbaycanda - 202 və 32 saylı məktəblərdə oxumuşam.

- Azərbaycanda yaşamaq istərdiniz?

- Bəli, Azərbaycan mənim vətənimdir, ulu babalarımın vətənidir. İspaniyada olduğuma baxmayaraq, hər zaman Azərbaycanda yaşamaq arzum olub. Bu səbəbdən çalışırıq hər il Azərbaycanda, vətənimizdə olaq. Orada yaşayan qohumlarımızı da görək.

- Azərbaycana yenidən nə vaxt gəlməyi düşünürsünüz? Gələrkən hansı ərazilərdə olmaq istərdiniz?

- Mən hər zaman Azərbaycana gəlmək istəyirəm. Ancaq təhsilimlə əlaqədar tətillərdə gəlmək mümkün olur. Azərbaycanın bütün regionları gözəldir. Hər regionu görmək istərdim. Mən Gəncədə, Şamaxıda, Lerikdə, Şəkidə, Şəmkirdə, Quba və Qusarda, Astarada olmuşam. Hamısı çox xoşuma gəlib. Orada yaşayan insanlardan çox gözəl münasibət görmüşəm. Çox mehriban və qayğıkeş insanlarla rastlaşmışam. Azərbaycan çox gözəldir. Hər bir regionu gedib görməyə dəyər.

- Bakı necə şəhərdir?

- Fikrimcə, Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır. Dostlarıma, qrup yoldaşlarıma hər dəfə Azərbaycanın, Bakının fotolarını göstərəndə onların çox xoşlarına gəlir. Gələcəkdə mənimlə birlikdə Azərbaycanı ziyarət etmək istəyirlər. Bu da məni sevindirir.

IMG_20220801_220530_940.jpg (149 KB)

- Azərbaycandan hansı təəssüratla ayrıldınız?

- Mən düşərgədə olarkən çoxlu yeni dostlar və tanışlar qazandım. Sanki böyük bir ailə olduq. Mən bilirəm ki, orada iştirak edən hər bir gəncdə bu hiss var. Bu mənə sevinc və qürur hissi yaşatdı. Onlardan və vətənimdən ayrılmaq məni kövrəltdi. Hər gün o gözəl günləri xatırlayıram. Mən azərbaycanlı olduğum üçün fəxr edirəm.

- İspaniya cəmiyyətinin azərbaycanlılara münasibəti necədir?

- Təəssüflər olsun ki, İspaniya cəmiyyəti bizim ölkəmiz barədə çox az bilir. 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycanı sadəcə “Eurovision”a və yaxud 2013/14-cü ildə “Atlético de Madrid” futbol klubuna sponsorluğuna görə tanıyırdılar. 44 günlük müharibədə Azərbaycanın adı daha çox hallanmağa başladı. Sosial mediada və qəzetlərdə ölkəmizə qarşı dezinformasiyalar yayılırdı. Çünki Barselona şəhərində böyük erməni lobbisi yerləşir və çox güclü təzyiq göstərirlər. Buna baxmayaraq, İspaniyada yaşayan soydaşlarımız informasiya mübarizəsi aparırdı.

- Hobbiniz nədir?

- İdman etməyi, musiqi dinləməyi, mütaliə etməyi, əl işləri ilə məşğul olmağı sevirəm. Hazırda dərslərimlə bağlı çox vaxtım olmur. Bu səbəbdən hobbilərimə çox vaxt ayıra bilmirəm, amma çalışıram hər gün ən azından idman edim.

- Gələcək planlarınız nələrdir?

- Bakalavr təhsilimi başa vurub, “polis elmi” üzrə magistraturanı oxumaq istəyirəm. Sonra Avila şəhərində yerləşən polis akademiyasına daxil olmaq və 3 il sonra inspektor kimi cinayət sahəsində araşdırmalar üzrə fəaliyyət göstərmək kimi niyyətim var.

20211021_133251.jpg (2.66 MB)

Təbii ki, eyni zamanda ölkəmi təmsil etməyə davam edəcəm və gördüyüm işlərlə, qurduğum əlaqələrlə Azərbaycana həmişə dəstək göstərəcəm.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR