İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı mandatından imtina edə bilər - İLGİNC SƏBƏB

737 27.03.2024 12:49 Region A A

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qurgen Arsenyan hazırkı hakimiyyətin yürütdüyü iqtisadi siyasətlə razılaşmadığı üçün yaxın həftələrdə mandatından imtina edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Fikir ayrılığı təxminən bir il əvvəl yaranıb. Arsenyan əmlak vergilərinin artırılmasına və hakimiyyətin Ermənistan vətəndaşlarının fundamental hüquqlarını pozan digər “islahatlara” qarşı olduğunu gizlətməyib. Bu müddət ərzində onun Ermənistanın Rusiyaya səfiri təyin olunacağı ehtimalı ilə proses ləngiyib. Ötən ilin sentyabrında Ermənistan hakimiyyəti Arsenyanın səfir təyin edilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman göndərib, lakin qarşı tərəf bunu rədd edib. Dünən isə Kremlə yaxın olan bloqçular Rusiyanın bir sıra dövlət məmurlarının, o cümlədən Arsenyanın ölkəyə girişinə qadağa qoyması barədə məlumat yayıblar”, - deyə qəzet qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR